“Mədəni
yenilənmə” layihəsi davam edir
Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Mərkəzi 2021-ci ilin oktyabr ayından etibarən “Mədəni yenilənmə” adlı müştərək layihə həyata keçirir.
Layihənin məqsədi hazırda Azərbaycanın hüdudlarından kənarda yaşayıb-yaradan mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə tanıtdırmaq, onların doğma vətənlərində kəsb etdiyi əhəmiyyəti vurğulamaq, fəaliyyət təcrübəsi ilə peşəkar bilgilərinin mübadiləsini təmin etmək, pandemiyanın doğurduğu məlum çətin şəraitdə onlara yaradıcı ünsiyyət imkanı yaratmaq, eləcə də sənətsevərlərin mənəvi ehtiyacını təmin etməkdir.
15-17 dekabr tarixində layihənin növbəti mərhələsində respublikanın Xalq artisti, bəstəkar və pedaqoq, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, musiqişünas, fəlsəfə elmləri doktoru Rauf Fərhadov və pianoçu, pedaqoq Samir Mirzəyev ilə görüşlər keçiriləcək.
Dekabrın 15-də və 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində professor Fərəc Qarayevin iştirakı ilə onun yaradıcılığına və XXI əsrdə Moskva bəstəkarlarının musiqisinə həsr edilmiş seminar-diskussiyalar, 16 dekabrda isə musiqişünas, fəlsəfə elmləri doktoru Rauf Fərhadovun iştirakı ilə “Postmodernizmdən total sintezə doğru “ mövzusunda mühazirə-diskussiya olacaq.
15 dekabrda YARAT-ın səhnəsində “SoNoR” ansamblı haqqında kitabın təqdimat mərasimi, 17 dekabrda isə həmin səhnədə Antalya Dövlət Konservatoriyasının dosenti Samir Mirzəyevin “Sinesteziya fenomeni və Skryabin” mövzusunda mühazirəsi keçiriləcək.
Layihə çərçivəsində Azərbaycan
Dövlət Akademik Filarmoniyasında
“Nurlanmış gecə” kamera və “Nostalji” simfonik konsertləri də təşkil ediləcək.
Mədəniyyət.- 2021.- 15
dekabr.- S.2.