“Dünyada söz olmasa, nəyə
gərək düşüncə”
Respublika Uşaq Kitabxanasının festivalı
başa çatıb
Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə”
adlı festival təşkil
edib. Dekabrın 6-da başlanan festival dekabrın 13-də “Söz
sənəti mülkünün
sultanı” adlı onlayn konfransla yekunlaşıb.
Konfransda
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət
işçisi Ş.Qəmbərova,
direktor müavini, Əməkdar mədəniyyət
işçisi Zahirə
Dadaşova, BDU-nun Filologiya
fakültəsinin professoru,
fəlsəfə elmləri
doktoru Mətanət Abdullayeva, kitabxananın əməkdaşları, Zaqatala
MKS-nin direktor əvəzi Leyla Məmmədova,
Qusar MKS-nin direktoru Zahir Mustafayev, Qax MKS-nin direktoru Güllü
Əhmədova, Balakən
MKS-nin direktoru Məryəm Tağıyeva,
bölgələrdən kənd
kitabxana əməkdaşları
iştirak ediblər.
Çıxışçılar festival çərçivəsində görülən işlərdən
söhbət açıblar,
mövzu ilə bağlı məruzələr
dinlənilib.
Mədəniyyət.-
2021.- 15 dekabr.- S.3.