Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi qeyd olunub
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
təşkilatçılığı ilə Hacıağa Abbasov adına
Mədəniyyət Mərkəzində
Xalq artisti Yaşar Nurinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə mədəniyyət
müəssisələrinin, təhsil ocaqlarının
nümayəndələri, Xalq artisti Yaşar
Nuri yaradıcılığının
işığına toplaşan
sənətsevərlər iştirak
ediblər.
Tədbirin aparıcısı Nurlan Həsənzadə görkəmli
teatr və kino aktyoru, pedaqoq,
Xalq artisti Yaşar Nurinin həyat və yaradıcılığından danışıb.
Daha sonra aktyorun həyat yoldaşı Rəhimə
Nuriyeva və qızı Ülkər Nuriyeva təşkilatçılara
minnətdarlıqlarını bildirib, xatirələrini bölüşüblər.
Xatirə gecəsi Yaşar Nuriyə həsr olunmuş videoçarxla davam edib.
Tədbirdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Zakir Əliyev, Elza Seyidcahan, Natiq Fərzəliyev, Azad Şükürovun çıxışları
tamaşaçılar tərəfindən
böyük rəğbətlə
qarşılanıb. Nurlan
Həsənzadənin, Zümrüd Bədəlovanın,
istedadlı müğənni Vüqar Bəxtiyarın,
tələbələri Elnarə Heydərovanın, Cavid Telmanın, gənc aktyor
və parodiyaçı Ramin Abdullayevin çıxışları da alqışlarla müşayiət olunub. Yaşar Nurinin qızı Ülkər
Yaşarqızının ifası tədbirə rəngarənglik
qatıb.
Mədəniyyət.- 2021.- 15
dekabr.- S.3.