Tarix və mədəniyyət abidələrinin mühafizəsi”

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazovanın “Tarix və mədəniyyət abidələrinin mühafizəsi” dərsliyi nəşr olunub.

 

ADMİU-dan bildirilib ki, eyniadlı fənnin tədrisi üçün nəzərdə tutulmuş dərslik abidələrin mühafizəsi istiqamətində dövlət siyasətinə, bu sahədə beynəlxalq standartlardan irəli gələn tələblərə uyğun şəkildə yazılıb. Nəşrə mövzuların şərhinə aydınlıq gətirilməsi məqsədilə illüstrasiyalar, cədvəl və sxemlər, digər zəruri sayılan sənədlərdən ibarət əlavələr də daxil edilib.

 

Dərslikdə tarix və mədəniyyət abidələrinin mühafizəsinin müasir formaları, metod və üsulları haqqında ən zəruri biliklər təqdim olunur. Həmçinin kitabda tarix və mədəniyyət abidəsi fenomeninin nəzəri-metodoloji məsələlərinə geniş aydınlıq gətirilib, onların mühafizəsinin praktiki, empirik məqamları ilə bağlı biliklərə üstünlük verilib.

 

Kitabdan tələbələrlə yanaşı, abidələrin öyrənilməsi, üzə çıxarılması və mühafizəsi ilə məşğul olan peşəkarlar, magistrantdoktorantlar da istifadə edə bilərlər.

 

Nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlı, rəyçiləri tarix elmləri doktoru, professor Minaxanım Əsədova, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyevadır.

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.6.