Quba Soyqırımı Memorial Kompleksi 20 mindən çox ziyarətçi qəbul edib

 

 

Quba Soyqırımı Memorial Kompleksi 2021-ci ildə 20 mindən çox ziyarətçi qəbul edib. Ziyarətçilər arasında dünyanın bir çox ölkələrinin vətəndaşları olub.

 

Kompleks Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejiminin qaydalarına uyğun fəaliyyətini davam etdirir. Həmçinin sosial şəbəkələrdə təbliğat xarakterli layihələr həyata keçirilir. Kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) ziyarətçilərə, eləcə də sosial şəbəkələrdə izləyicilərə onlayn məlumatlar verilir.

 

İl ərzində müxtəlif dillərdə tariximiz, qan yaddaşımızla bağlı məqalələr də dərc olunub. Ukraynada nəşr olunanHumanitar elmlərin aktual məsələləri” adlı elmi jurnalda kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovanın “Quba qəzasında soyqırımının törədilməsi və onun nəticələri” adlı məqaləsi çap olunub. Kompleksin əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının, Abutalib Turabovun elmi məqalələri dərc edilib.

 

Nizaminin anadan olmasının 880 illiyi ilə əlaqədar kompleksin əməkdaşlarının Gəncə şəhərinə səfəri təşkil olunub. “Nizami Gəncəvi İli” çərçivəsində onlayn elmi-praktik konfranslar təşkil edilib.

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.4.