Abidələrin qorunması və bərpası
sahəsində əməkdaşlıq müzakirə olunub
Dekabrın 15-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS – İnternational Council on Monuments and Sites) Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudovanın iştirakı ilə görüş keçirilib.
Görüşdə mədəni irsin mühafizəsi, abidələrin qorunması, bərpa və konservasiya işləri sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycan və İCOMOS arasında işbirliyinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb, bu sahədə birgə layihələrin həyata keçirilməsi, maarifləndirmə işinə diqqət ayrılması kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki, UNESCO-nun
Dünya İrs Mərkəzinin
məşvərətçi orqanı olan,
100-dən çox milli
komitəni, 30-dək beynəlxalq elmi komitəni
və 153 ölkədən 10 mindən çox
fərdi üzvü özündə birləşdirən
İCOMOS memarlıq və arxeoloji abidələrin
mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə
ixtisaslaşmış dünya miqyaslı
qeyri-hökumət təşkilatıdır. 1964-cü ildə
Venesiyada keçirilən Memarların və
İrs Mütəxəssislərinin 2-ci
Beynəlxalq Konqresində İCOMOS-un
yaradılması haqqında təşəbbüs irəli sürülüb və o, 1965-ci ildə təsis edilib. Şuranın əsas məqsədi
dünyada mədəni irs
abidələrinin bərpası və konservasiyası işlərinin
elmi əsaslarını təkmilləşdirməkdir.
Mədəniyyət.- 2021.- 17
dekabr.- S.4.