“İskəndərə yeni
namə”
Dekabrın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi və “AzerGold” QSC-nin baş sponsorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə hazırlanan “İskəndərə yeni namə” tamaşasının premyerası olacaq.
Layihə Nizami irsinin teatr sənəti vasitəsilə retranslyasiyasını hədəfləyir. Əsas məqsəd şairin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır.
Tamaşanın quruluşçu
rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı Əməkdar
mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi
əsasın müəllifi İlqar Fəhmi,
işıq üzrə rəssamı Rafael
Həsənov, rejissor assistenti
Nihad Qulamzadədir. Səhnə plastikası
Xalq artisti Pərviz Məmmədrzayevə,
səhnə qrafikası Binyamin Sailova məxsusdur. Tamaşada Xalq
artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artist
Şövqi Hüseynov
(Xızır), Ziya Ağa
(İskəndər), Fəridə Şahbazova
(gənc Rövşənək), Rüstəm Rüstəmov
(Ərəstun), Əməkdar artist
Elşən Rüstəmov (Əflatun), Vüsal
Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon),
Əməkdar artist Kəmalə Müzəffər
(yaşlı Rövşənək), Əməkdar artist İlqar Cahangir (İskəndərus) və Sənan
Kazımlı (Vəliəhd Sokrat)
çıxış edirlər.
Mədəniyyət.- 2021.- 17
dekabr.- S.2.