Keşikçidağda aparılan tədqiqatların 10 illiyinə həsr olunmuş konfrans

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılmış elmi tədqiqatların 10 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Konfrans zamanı Qazax-Ağstafa bölgəsində, eyni zamanda qoruq ərazisində arxeoloji elmi tədqiqat işləri aparmış alimlər məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, indiyə kimi aparılan arxeoloji tədqiqatlar nəticəsində qoruq ərazisində Daş dövründən başlayaraq Orta əsrlərə qədər çox sayda tarixi, memarlıq, arxeolojidini abidələr mövcuddur.

 

Diqqətə çatdırılıb ki, “Keşikçidağqoruğu ərazisində 2009-cu ildən başlayaraq aparılmış arxeoloji tədqiqat və qazıntı işlərinin nəticəsi olaraq yazılan məqalələr 50-dən çox yerli və beynəlxalq konfransda təqdim olunub.

 

Konfrans çərçivəsində elmi tədqiqatların 10 illiyinə həsr olunmuş sərgi də təşkil olunub. Sərgidə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan maddi mədəniyyət nümunələri nümayiş etdirilib.

 

Konfrans iştirakçıları üçün Qazax rayonunda yerləşən Göyəzən dağına tur da təşkil olunub.

 

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.4.