“Xalçalarda yaşanan ömür”
Masallı Regional Mədəniyyət İdarəsi (RMİ)Masallı rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyində də Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilib. Çıxış edənlər xalçaçı rəssamın ömür və sənət yolu haqqında fikirlərini bölüşüblər.
Lənkəran RMİ Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalça rəssamlığı sənətinin nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin (1921-2005) anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Xalçalarda yaşanan ömür” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru Kübra Səmədova Kamil Əliyevin öz yaradıcılığı ilə Azərbaycan xalça sənətinə böyük töhfələr bəxş etdiyini bildirib. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi və Astara Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi sərgi ilə tanış olublar.
Xaçmaz RMİ Xaçmaz Xalça Muzeyində professor
Kamil Əliyevin 100 illik
yubileyinə həsr edilmiş tədbirdə
Xaçmaz şəhər Uşaq incəsənət məktəbi Rəssamlıq
şöbəsinin müəllim və şagirdlərinin əl
işlərindən ibarət sərgi nümayiş
etdirilib.
Mədəniyyət.- 2021.- 22
dekabr.- S.4.