“Azərbaycanın inkişaf modeli: Dünən, bu günsabah

 

Dekabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu günsabahmövzusunda konfrans keçirilib. Konfransın məqsədi Azərbaycanın inkişaf modelini və gələcək hədəflərini hökumət və parlament təmsilçiləri, elmbiznes ictimaiyyəti ilə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.

 

Tədbirdə əvvəlcə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevlə bağlı sənədli film nümayiş etdirilib.

 

YAP sədrinin müavini – YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov çıxış edərək dünya miqyaslı siyasətçi, Prezident İlham Əliyevin fəaliyyətindən söz açıb. O, Azərbaycan Respublikasının bugünkü inkişafının təməlinin müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Deyib ki, prezidentliyi dövründə Azərbaycanın iqtisadi inkişafını təmin edən İlham Əliyev mürəkkəb geosiyasi məqamlarda da fundamental əsaslara söykənən dövlət siyasətinə sadiq olub.  Ölkəmizin başlıca problemini – ərazi bütövlüyünü təmin edən siyasət nəticəsində ötən il Vətən müharibəsindən sonra xalqımızın 30 illik mənəvi iztirablarına son qoyulub.

 

Konfransda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin “Azərbaycanda dövlət quruculuğu”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “Azərbaycanın iqtisadi inkişaf modeli”, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun “Azərbaycan diplomatiyasının uğuru” mövzularında məruzələri dinlənilib.

 

Mədəniyyət naziri Anar Kərimov konfransda “Azərbaycanın yeni mədəniyyət strategiyası” mövzusunda məruzə edib. Nazir bildirib ki, biz əcdadlarımızın irsini qorumaqla kifayətlənməməliyik, eyni zamanda yeni yaradıcılıq nümunələri də yaratmalıyıq. Bu kontekstdə Mədəniyyət Nazirliyi tərəfindən yeni istiqamətlər müəyyən edilib: “2030-cu il üçün milli prioritetlər siyahısında mədəni və yaradıcı sənayelərin inkişafı da yer alır və dayanıqlı iqtisadiyyatın inkişafı bölməsində bu da qeyd olunub. Vətən müharibəsində Qarabağın azad edilməsindən sonra ərazilərimizə mədəniyyətin qaytarılması missiyamız davam etdirilir. Cənab Prezident tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi çox önəmli mesaj idi. Bu, Azərbaycanın azad edilmiş ərazilərinə öz mədəniyyəti ilə qayıdışı idi. Azərbaycan Qarabağa təkcə iqtisadi, enerji layihələri ilə deyil, eyni zamandayumşaq güc”lə – mədəniyyətlə qayıdır. Xocalıda soyqırımı yaşamış bir ölkə olaraq Azərbaycan yenə də dünyaya sülh çağırışları edir”.

 

Anar Kərimov qeyd edib ki, Azərbaycanın iqtisadi, hərbi, enerji təhlükəsizliyi qədər mədəni təhlükəsizliyi də təmin edilməlidir. Bu, nazirlik tərəfindən həyata keçirilən yeni mədəniyyət strategiyasının əsasını təşkil edir: “Yeni mədəniyyət strategiyasının elan olunması Vətən müharibəsində möhtəşəm Qələbə qazandığımız dövrə təsadüf edir. Zəfərimizi möhkəmləndirən amillərdən biri də mədəniyyətimizdir. Mədəniyyətimizi inkişaf etdirməklə vətəndaş cəmiyyətində onun rolunu artırmalıyıq. Yeni reallıqlara uyğunlaşmaq üçün insan kapitalının yeni çağırışlara cavab verməsi, hüquqi bazanın möhkəmləndirilməsi lazımdır. Mədəniyyətin davamlılığını qorumaq bizim ümdə vəzifəmizdir. Bu vəzifəni biz artıq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirməkdəyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir. Bu da bizim yeni missiyamızdan biridir”.

 

Konfransda daha sonra energetika naziri Pərviz Şahbazovun “Azərbaycanın enerji təhlükəsizliyi”, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun “Azərbaycanın inkişaf modeli və davamlı inkişaf”, Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun “Azərbaycanda innovativ inkişaf və əqli mülkiyyət hüquqları” mövzularında məruzələri dinlənilib.

 

Məruzələrdən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan  Böyük yolun Müzəffər davamçısı” kitabının təqdimatı olub.  Kitabın ön söz müəllifi, YAP sədrinin müavini Tahir Budaqov nəşrin məzmunu və qayəsi barədə məlumat verib.

 

 

 Mədəniyyət.- 2021.- 22 dekabr.- S.2.