Şəhid və qazi ailələri üçün bayram tədbiri

 

31 DekabrDünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə şəhid və qazi ailələri üçün tədbir təşkil olunub.

Tədbir Bakı Şəhər Mədəniyyət Bas İdarəsi və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Şöbənin rəisi Zümrüd Səmədova tədbir iştirakçılarını qarşıdan gələn bayramlar  münasibətilə təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi  Zəfər sayəsində artıq ikinci ildir ki, əlamətdar bayramlarımızı qalib xalqın nümayəndələri kimi qarşılayırıq.

Qeyd edilib ki, Vətən müharibəsində qanı və canı bahasına xalqımıza Qələbə qazandıran şəhid və qazi ailələrinə diqqət və qayğı, bu qəbildən olan tədbirlər davam etdiriləcək. Müdafiə nazirinin bayram təbrikini şəhid və qazi ailələrinə çatdıran Z.Səmədova tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.

Tədbirdə müğənnilər Elnur Məmmədov, Manana Caparidze və başqaları vətənpərvər mövzusunda mahnılar ifa ediblər.

Şaxta babaQar qız uşaqları əyləndirib, onlara xoş dəqiqələr bəxş edib.

 

Mədəniyyət.- 2021.- 24 dekabr.- S.2.