“Azərbaycan çöhrəsi”

 

 

Dekabrın 22-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Azərbaycan çöhrəsi” adlı fotosərgi açılıb. Sərgi Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunub.

Fotoların müəllifləri tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rafail Qəmbərov və 10 ilə yaxın ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırovdur.

Dekabrın 27-dək davam edəcək sərgidə Rafail Qəmbərovun çəkdiyi 100-ə yaxın, Rafiq Bağırovun isə 26 fotosu nümayiş olunur.

Təşkilati dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilova təşəkkür edən Rafail Qəmbərov jurnalistlərə açıqlamasında deyib ki, bu sərgi Prezident İlham Əliyevin ad gününə bir hədiyyədir: “Sərgidə Azərbaycanın siması olan insanların fotoları nümayiş olunur. Azərbaycan insanları zahirən də, daxilən də gözəl, zəngin, kübardırlar. Sərginin ideyası da məhz Azərbaycanın simasını nümayiş etdirməkdir”.

 

Mədəniyyət.- 2021.- 24 dekabr.- S.3.