Qələbə ruhlu notların hakim olduğu il

 

 

Başa çatan il Azərbaycan musiqi mədəniyyəti tarixində rəngarəng tədbirlər və maraqlı layihələrlə yaddaşlara yazıldı. Pandemiyanın qaçılmaz məhdudiyyətləri şəraitində də olsa, konsert salonları tamaşaçıların üzünə açıldı, festivallar, konsert proqramları sənətsevərlərin görüşünə gəldi...

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa illərin həsrət dolu ayrılığından sonra “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Festival Prezident İlham Əliyevin çıxışı ilə başladı. Dövlət başçısı uzun fasilədən sonra Cıdır düzündə – hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi.

Heydər Əliyev Fondunun təşkil etdiyi, zəngin repertuar əsasında qurulmuş festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalqklassik musiqi nümunələrindən ibarət proqram təqdim olundu.

Bir il aradan sonra yenidən təşkil edilən Qəbələ Musiqi Festivalının proqramı da zəngin idi. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Təhsil və Mədəniyyət nazirlikləri və Bakı Musiqi Akademiyasının dəstəyi ilə 31 iyul – 4 avqust tarixində gerçəkləşən XII Qəbələ Beynəlxalq Musiqi Festivalı 5 gün ərzində musiqisevərlərə unudulmaz anlar bəxş etdi. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olundu.

 

***

 

Sentyabrın 18-dən 24-dək gerçəkləşən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı da yaddaşlarda silinməz iz qoydu. Builki festival şanlı Qələbə ruhlu, zəfər sevincli notlarla zəngin idi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən festival bir çox əlamətdar hadisələrlə yadda qaldı. Musiqi bayramının ilk konserti 18 sentyabrda əzəli torpağımız, Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət paytaxtımız elan olunmuş azad Şuşada, Üzeyir bəyin yurdunda keçirildi. Festival həm azad Şuşada ilk Milli Musiqi Gününün (Üzeyir Musiqi Günü) qeyd edilməsi ilə əlamətdar oldu.

 

***

 

Mədəniyyət Nazirliyi YARAT Müasir İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabr ayındanMədəni yenilənməlayihə həyata keçirildi. 15-17 dekabr tarixində layihənin növbəti mərhələsində Azərbaycanın Xalq artisti, bəstəkar pedaqoq, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, musiqişünas, sənətşünaslıq doktoru Rauf Fərhadov pianoçu, pedaqoq Samir Mirzəyev ilə görüşlər keçirildi. Müasir musiqinin təbliği inkişafı baxımından bu görüşlər səmərəli faydalı mühazirələrlə yadda qaldı.

 

***

 

Nizami Gəncəvi İli”ni musiqi layihələri zənginləşdirdi. Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) müxtəlif layihələrləNizami Gəncəvi İli”nə öz töhfəsini verdi, qəzəl-romans müsabiqəsi keçirdi. Müsabiqənin məqsədi Üzeyir HacıbəylininSənsizSevgili cananəsərləri ilə təməlini qoyduğu qəzəl-romans ənənəsinin davam inkişaf etdirilməsi, Nizami yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsi idi.

 

Bundan əlavə, Mədəniyyət Nazirliyi digər qurumların təşkilatçılığı ilə 15-26 noyabr tarixində Bakıda Gəncədə gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində hər iki şəhərdə konsert proqramları reallaşdı.

 

***

 

Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə Heydər Əliyev SarayındaQarabağ Azərbaycandır!” adlı konsert keçirildi. Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə baştutan musiqi axşamında bəstəkarlarımızın Qarabağ Zəfərinə həsr olunan 18 simfonik əsəri səsləndirildi.

 

***

 

10-18 sentyabrda Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan növbəti Bakı Caz Festivalı da bu musiqini sevənlər üçün bir bayram oldu. Pandemiya səbəbilə bir il aradan sonra keçirilən festival Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunmuşdu.

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 26 oktyabr – 6 noyabr tarixində gerçəkləşənCaz səsləri” (“Jazzery Voices”) silsilə tədbirləri isə həm Zəfərimizin ildönümünə, həm Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyinə həsr olunmuşdu.

 

***

 

Bundan əlavə, il ərzində tanınmış incəsənət ustalarımızın bir sıra ölkələrdə yaddaqalan konsertləri keçirildi. İstedadlı uşaq gənclərimiz müxtəlif festival müsabiqələrdə iştirak edərək uğur qazandılar. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri olan sənətkarların yubileyləri münasibətilə tədbir, konsert, müsabiqə festivallar keçirildi. 

 

Bəli, 2021-ci ildə ölkəmizin musiqi, sənət mühitinə Qələbə ruhlu notlar hakim idi. İnanırıq bu yüksək sənət ruhu yaradıcılıq şövqü növbəti ilin musiqi həyatında da davam edəcək...

 

L.Azəri

 

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.1;5.