İrəvan teatrı mövsümü açıb

 

Dekabrın 27-də Binəqədi Mərkəzi Mədəniyyət Evində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140-cı mövsümünün açılışı olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, digər qonaqlar, “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, rayonun mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev tədbiri açaraq zəngin tarixə malik sənət ocağının yaradıcılıq fəaliyyəti haqqında məlumat verib, dövlətimiz tərəfindən teatra göstərilən diqqət və qayğıdan bəhs edib. Teatrın Türkiyə, Gürcüstan, Dağıstan, ölkəmizin müxtəlif bölgələri və eləcə də Naxçıvan Muxtar Respublikası ilə sıx sənət əlaqələri olduğu diqqətə çatdırılıb.

Qonaqlardan Binəqədi Rayon icra başçısının müavini Sevinc Süleymanova, YAP rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək İrəvan teatrı ilə birgə keçirilən tədbirlərdən söz açıb və yeni mövsümün açılışı münasibətilə kollektivi təbrik ediblər.

Sonra V.SiqarevinŞeytan ailəsi” əsəri əsasında hazırlanmış tamaşanın ilk nümayişi olub.

 

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.4.