Tarixi Zəfər həmrəyliyimizin
ifadəsidir
“Sədərək” Ticarət Mərkəzində
şəhid ailələri ilə birlikdə Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
qeyd olunub
Azərbaycan xalqının birliyi 44 günlük Vətən müharibəsində özünün ən bariz ifadəsini tapdı. Xalqımız müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, qəhrəman Ordumuza hər cür dəstək verərək, bir yumruq timsallı həmrəylik nümayiş etdirdi və bu dəmir yumruq düşmənin belini qırdı. Vətən uğrunda canından keçmiş igidlərin ailə üzvləri, şəhidlərin xalqımıza əmanət olan övladları ilə bir arada tariximizin əlamətdar günlərini qeyd etmək, bayramlaşmaq xoş və qürurverici hadisədir.
Bu fikirlər dekabrın 26-da “Sədərək” Ticarət Mərkəzində “Sədərək” firmasının, “Sabit Mühafizə Xidməti” MMC-nin əməkdaşlarının, Bakı şəhəri Müslüm Maqomayev adına 26 saylı onbirillik Musiqi məktəbinin, Elçin Qaranzadə adına 270 saylı tam orta məktəbin, 316, 112, 194 saylı tam orta məktəblərin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim-şagird kollektivinin və şəhid ailələrinin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə səslənib.
Tədbir ticarət mərkəzinin ərazisində, “Sabit Mühafizə Xidməti”nin (SMX) inzibati binasının həyətində “SMX”-nin əməkdaşı, şəhid Nəcməddin Sarkayevin büstünün ziyarət olunması ilə başlayıb.
“Sədərək” firmasının mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim iştirakçıları salamlayaraq bildirib ki, Zəfər ruhu ilə yaşadığımız ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qəhrəman Vətən övladlarının xatirəsini anaraq qeyd etməyimiz bu günə xüsusi bir anlam verir. Şəhidlərlə bizim Zəfər tariximizin yeni dövrü başlayır. Bundan sonra xalq və cəmiyyət olaraq borcumuz yeni nəsilləri onların həyat yolundan örnək alaraq vətənpərvər ruhda böyütməkdir. K.Qədim qeyd edib ki, “Sədərək” firması Vətən müharibəsi dövründə döyüşən ordu hisslərinə hərtərəfli dəstək və maddi yardım göstərdiyi kimi, müharibədən sonra şəhid ailələrinə, qazilərə də diqqət və qayğı göstərir. Firmanın təsisçisi Yusif Qədimbəylinin təşəbbüsü, “Sədərək” Xeyriyyə Cəmiyyətinin sədri Ənvər Qədimovun rəhbərliyi, ticarət mərkəzində çalışan sahibkarların yaxından iştirakı ilə bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı olacaq.
Sonra “SMX” MMC-nin əməkdaşı Elvin Zeynalov Vətən müharibəsinin 21 yaşlı şəhidi Nəcməddin Sarkayev haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Vətən müharibəsində “Sabit Mühafizə Xidməti”nin 30 əməkdaşı iştirak edib, bir nəfər şəhid olub. Balakən rayonundan olan N.Sarkayev 2019-cu ildə ticarət mərkəzində mühafizə xidmətində fəaliyyətə başlayıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Döyüşlərin birində yaralansa da, müalicəsi bitən kimi yenidən cəbhəyə qayıdıb. 6 noyabrda Suqovuşan istiqamətində həlak olub. Diqqətə çatdırılıb ki, N.Sarkayevin büstü “Sədərək” firmasının inzibati işçiləri, ticarət mərkəzində çalışan sahibkarlar, “Sədərək” Xeyriyyə Cəmiyyətinin üzvləri və “SMX” MMC-nin rəhbər heyəti tərəfindən ianə olunan vəsait hesabına hazırlanaraq ucaldılıb.
Tədbir iştirakçıları büstün önünə gül dəstələri qoyaraq şəhidin xatirəsini yad ediblər.
Sonra iştirakçılar “SMX”-nin inzibati binası yaxınlığında salınan “Şəhid bağı”na gəliblər. Məlumat verilib ki, “Sədərək” firması rəhbərliyinin dəstəyi ilə şəhidlərin xatirəsinə ehtiram olaraq salınan bağda indiyədək 760 ağac, gül kolları əkilib. Bağın sahəsinin genişləndirilərək Vətən müharibəsinin hər şəhidinin adına ağac əkilməsi nəzərdə tutulur. Burada həmçinin Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin portretlərindən ibarət stendlər yaradılıb. Üç stenddə 96 şəhidin fotoları vurulub. 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən bayram tədbirində bağın girişində “Şəhidlər bulağı” da açılıb.
Qeyd olunub ki, gələcəkdə bura ticarət mərkəzinə gələnlərin ziyarət edəcəyi, şəhidlərimizin əziz xatirəsinə həsr olunan tədbirlərin keçiriləcəyi gözəl bir parka çevriləcək. Ticarət mərkəzinin “Elit” kompleksində yaradılan “Zəfər guşəsi”nin də gələcəkdə muzey kimi “Şəhid bağı”nın ərazisində fəaliyyət göstərməsi nəzərdə tutulur.
Sonra tədbir iştirakçıları “Elit” kompleksinin 2-ci mərtəbəsində “Zəfər guşəsi” ilə tanış olublar. Bildirilib ki, “Sədərək” Xeyriyyə Cəmiyyəti tərəfindən yaradılan guşədə Zəfər salnaməsini əks etdirən, eləcə də “Sədərək” firması tərəfindən Vətən müharibəsi dövründə ordu hissələrinə yardımların göstərilməsi, qazilərimizin döyüş yolu ilə bağlı fotoları, müxtəlif eksponatlar yer alıb.
Tədbir ticarət mərkəzindəki “Şah” hoteldə ziyafət və musiqili proqramla davam edib. K.Qədim “Sədərək” firmasının rəhbərliyi adından hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Bildirib ki, ticarət mərkəzində şəhid ailələri ilə bir arada belə əlamətdar tədbirlərin keçirilməsi xoş ənənə halını alıb. Bu tədbirlərin hazırlanmasında həm təşəbbüskar olaraq, həm də təşkilati baxımdan “Sabit Mühafizə Xidməti” MMC-nin direktoru Şahlar Səfərovun xüsusi zəhməti var.
Sonra söz Ş.Səfərova verilib. Ş.Səfərov
vurğulayıb ki, Zəfər ruhu ilə yaşadığımız
bu il
ərzində bir sıra yaddaqalan tədbirlər keçirmişik
və şəhid ailələri ilə hər belə görüş bizə qürur verir. Bugünkü tədbirə təhsil
müəssisələri, bu
sahədə çalışan
təşkilat təmsilçiləri,
müəllim və şagirdlər də dəvət olunub. Məqsədimiz istedadlı
uşaqların tariximizin
şanlı səhifələrini
yazmış qəhrəmanların
ailə üzvləri,
onların yaşıdları
olan şəhid övladları ilə tanış olmasına, ünsiyyət
qurmasına, vətənsevər
nəsil kimi yetişməsinə vəsilə
olmaqdır. “Sədərək”
firmasının rəhbərliyinin
dəstəyi ilə ticarət mərkəzi artıq belə əlamətdar tədbirlərin
keçirildiyi bir məkana da çevrilir.
“Green Start Academy” tədris yaradıcılıq mərkəzinin
rəhbəri Aysel Rəsulzadə dəvətə
görə təşəkkürünü
bildirərək, xalqımızın
Həmrəylik Gününü
şəhidləri anmaqla
qeyd etməyin xüsusi anlam kəsb etdiyini vurğulayıb. “Green Start Academy”nin istedadlı uşaqları vətənpərvərlik
ruhlu şeirlər söyləyiblər.
Bakı
şəhər M.Maqomayev
adına 26 saylı Musiqi məktəbinin müəllimi, bəstəkar
Lalə Şirin də dəvətə görə minnətdarlığını
ifadə edərək
bu görüşə
yetirmələri ilə
birlikdə musiqi çələngi ilə
gəldiklərini deyib.
Məktəbin şagirdləri müəllimlərinin
bəstələdiyi musiqiləri
ifa ediblər.
Daha sonra şəhid övladlarının
iştirakı ilə
bayram tortu kəsilib, şəhid ailələrinə hədiyyələr,
uşaqlara bayram sovqatları təqdim edilib.
Milli Qəhrəman Pənah Mirzəyevin bacısı Nazilə Mirzəyeva, şəhid Fuad Əsədovun anası Solmaz müəllimə, şəhid Arif Alekseyevin həyat yoldaşı Məlahət
müəllimə, şəhid
Nəcməddin Sarkayevin
qardaşı Abdulla Sarkayev
və digər çıxış edənlər
diqqət və qayğıya, şəhidlərin
xatirəsinə göstərilən
ehtirama görə “Sədərək” firmasının
rəhbərliyinə təşəkkürlərini
bildiriblər.
Mədəniyyət.- 2021.- 29
dekabr.- S.6.