Muzey qalereyalar 2021-ci ildə

 

2021-ci il pandemiya məhdudiyyətləri ilə müşayiət olunsa da, ümumiyyətlə, mədəni proses davam etdi, mədəniyyət ocaqları müxtəlif layihələr həyata keçirdilər. Paytaxtın aparıcı muzey qalereyalarının builki fəaliyyətinə qısa nəzər saldıq.

 

***

 

Bu il Milli İncəsənət Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əlamətdar olub. Muzeyin Rəngkarlıq fondunda rəsm əsərlərinin yerləşdirilməsi üçün daha əlverişli, müasir tələblərə cavab verən şərait yaradılıb. Rəsm əsərlərini səliqəli, müasir standartlara uyğun şəkildə yerləşdirməklə 55 kvadratmetrlik sahədə xüsusi stellajlar vasitəsilə 225 rəsm əsərinin saxlanılması təmin olunub.

 

MuzeydəNovruz ahəngisərgisi keçirilib.Pol Nadar: Bakıya əsrarəngiz səyahətadlı fotosərgi tamaşaçıları 130 il öncənin Bakısına aparıb. “Muzey kolleksiyalarının toplanmasımövzusunda beynəlxalq konfrans, VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində muzeyin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevin XIII əsr miniatürlərinə həsr edilmişVərqa Gülşakitab-albomunun təqdimatı keçirilib. Həyata sevgi ilə: Mikayıl Abdullayevsərgisi isə SSRİ Xalq rəssamının 100 illik yubileyinin qeyd olunması haqqında dövlət başçısının müvafiq sərəncamına əsasən təşkil edilib. Zəfərimizin ildönümünə həsr edilənMədəniyyətimizin incisiQarabağsərgisi muzeyin yaddaqalan layihələrindən olub.

 

***

 

Muzey Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuşXocalıda can qaldı”, 20 Yanvar faciəsinə həsr olunmuşXatırlayın, yaşadın, unutmayın!” adlı sərgilər keçirilib. Bundan əlavə, il ərzində “Digital Art Lab” layihəsi üzrə sərgilər,  Xalq rəssamı Böyükağa Mirzəzadənin anım gününə həsr olunmuş tədbir, “Bakı qızlarıadlı virtual sərgi, Zəfərimizin ildönümü münasibətilə sərgi s. tədbirlər təşkil edilib.

 

***

 

Azərbaycan Milli Xalça Muzeyi il ərzində beynəlxalq layihələrdə, sərgilərdə iştirak edib, müxtəlif tədbir layihələr həyata keçirilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi Milli Xalça Muzeyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyi münasibətilə beynəlxalq xalça eskizi müsabiqəsi reallaşıb. Novruz naxışları”, “Pişiklər batikada”, “Zənginləşən xəzinəmiz s. sərgilər, həmçinin ustad dərsləri təşkil olunub. Xalçaçı günüpeşə bayramı münasibətiləƏnənələrimizi yaşadanlaradlı tədbir keçirilib. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunmuşKamil Əliyev: rəssam dövradlı sərgi sənətkarın yubileyinə töhfə kimi yaddaşlara yazılıb.

 

***

 

İstiqlal Muzeyi əsasən vətənsevərlik ruhlu layihələr həyata keçirib. 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuşQəhrəmanlar can verir yurdu yaşatmaq üçünadlı layihə üzrə silsilə tədbirlər il ərzində davam edib. Layihə çərçivəsindəLaçın qartalları”, “Cəsurlar”, “Vətən uğrunda”, “Şahinlər”, “Mübarizlər”, “Əbədiyyət ünvanışəhidlik s. sərgi tədbirlər qəhrəman Vətən övladlarının əziz xatirəsinin yaşadılmasına xidmət edir. Bundan əlavə, “Örnək miras”, “Zəfər qəhrəmanları”, “İstiqlala gedən yol s. sərgi tədbirlərlə milli tarixi yaddaşa işıq salınıb.

 

***

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyiil ərzində Vətən fədailərinin qəhrəmanlıq irsinin qorunub saxlanılması və təbliği məqsədilə işlər həyata keçirib. “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin iki qəhrəmanı – general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları nümayiş olunub. Dahi Azərbaycan şairinin 880 illiyi münasibətilə “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi təşkil olunub.

 

Qeyd edək ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, görkəmli şəxsiyyətlərin ev-muzeyləri, memorial muzeylər də il ərzində müxtəlif səpkili tədbirlərə ev sahibliyi ediblər.

 

***

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə il ərzində müxtəlif layihələr həyata keçirilib. Mədəniyyət Nazirliyi və qalereyanın təşkilatçılığı ilə “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” mövzusunda respublika elmi konfransı gerçəkləşib, “Art Management” adlı silsilə tədbirlər həyata keçirilib. Mədəniyyət Nazirliyi və qalereyanın birgə təşkil etdiyiBöyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi torpaqlarımızın azad olunmasında Ordumuzun göstərdiyi qəhrəmanlığa həsr edilib.

 

Paytaxtdakı Xətai Sənət Mərkəzi də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər qurumlarla birgə maraqlı layihələrlə istedadlı uşaq və gəncləri bir araya gətirib. Zəfər Günü münasibətilə “Qələbə hünəri” adlı sərgi təşkil olunub. Eyni zamanda 27 sentyabr – Anım Günü münasibətilə “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılıb. Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu, “Su və rəng ahəngi – 2021” mövzusunda akvarel sərgisi istedadlı yeni nəsillərin yaradıcılıq imkanlarının genişlənməsinə töhfə olub. İl ərzində mərkəzdə “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plenerlər də təşkil edilib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.4.