Nizaminin irsi ilə ölkəmizi də tanıdırıq

 

“Xəmsə”nin nəfis tərtibatlı yeni nəşrinin təqdimatı keçirildi

 

 

 

Dekabrın 27-də Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimi keçirildi.

 

Tədbiri açıq elan edən Milli Kitabxananın direktoru Kərim TahirovNizami ili” çərçivəsində kitabxananın reallaşdırdığı tədbirlər haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, ölkəmizdə “Nizami ilinin ilk geniş tədbiri Milli Kitabxanada keçirilmişdi, əlamətdar ilin yekun tədbiri də bu məkanda gerçəkləşir.

 

Vurğulandı ki, ötən onilliklərdə Nizami Gəncəvinin hər yubileyi ilə bağlı kitablar nəşr olunub. Hər çap olunan kitab bir yadigardır və oxuculara, tədqiqatçılara, nizamişünas alimlərə hədiyyədir. Bu ilböyük şairin 880 illiyi ilə əlaqədar bir neçə kitab işıq üzü görüb. Bu kitablar nəinki bu gün, gələcəkdə də hər zaman tədqiqat mənbəyi olacaq. Gələcək nəsillər Nizami Gəncəvi yaradıcılığına göstərilən diqqətin şahidi olacaqlar. Mədəniyyət Nazirliyinin Türkiyədə nəşr etdirdiyi “Xəmsə” isə “Nizami ili”nə böyük töhfədir.

 

Direktor qeyd etdi ki, Milli Kitabxananın “Nizami Gəncəvi İli” çərçivəsində ən əhəmiyyətli işi Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya kitabxanalarında və muzeylərində mühafizə olunan Nizami Gəncəvi əlyazmalarının digital nüsxələrinin Azərbaycana gətirilməsi olub. İndiyədək Azərbaycan elminə və alimlərinə məlum olmayan nüsxələrin də yer aldığı 156 əlyazmanın surətləri Azərbaycana gətirilib. Onların arasında 1312-ci ilə aid ən qədim əlyazma da varçap edilərək kitabxananın fonduna daxil edilib: “Bunlar nizamişünaslar və digər tədqiqatçılar üçün qiymətli mənbə olacaq. Biz bu istiqamətdə işləri davam etdirəcəyik”.

 

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmişNizami Gəncəvi İli” çərçivəsində bu il ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilib, nəşr layihələri reallaşıb. Bu gün Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə nəfis şəkildə Türkiyədə çap edilən “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatına toplaşmışıq.

 

Nazir qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı mədəniyyətimizin beynəlxalq arenada tanıdılması üçün çox mühüm amildir:Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi təkcə Azərbaycan şairi deyil, o həm də ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir. Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Əlamətdar ilin yaddaqalan tədbirlərindən biriNizami Gəncəvi Beynəlxalq Festivalı oldu. Festival çərçivəsində təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumunda bir sıra ölkələrdən elm adamları və sənətşünaslar iştirak etdi. Tədbirlərdə dahi şairin zəngin yaradıcılığının müxtəlif istiqamətlərindən danışıldı, yeni elmi faktlar səsləndirildi. Bundan əlavə, il ərzində bir sıra ölkələrdə şairin büstləri qoyuldu. Nizami Gəncəvi təkcə ədəbi-mədəni hadisə deyil, o həm də xalqları, ölkələri yaxın edən mədəni-siyasi önəmə malik fenomendir”.

 

Nizami Gəncəvi. Xəmsə” kitabının əhəmiyyətindən danışan nazir qeyd etdi ki, nəşrdə ilk dəfə olaraq şairin əsərləri əsasında çəkilən miniatürlər də yer alıb.

 

Anar Kərimov onu da diqqətə çatdırdı ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yeni film çəkilir. Hazırda istehsalat mərhələsində olan filmin təqdimatı gələn ilə nəzərdə tutulur.

 

Xalq yazıçısı ElçinNizami ili” çərçivəsində ölkəmizdə reallaşan tədbirlərin önəmini qeyd etdi: “Hər bir xalqın ədəbiyyat və incəsənət xadiminin təbliği, eyni zamanda o xalqın özününtarixinin təbliğidir. Nizami Gəncəvinin təqdimatı, bir Azərbaycan şairi kimi, böyük əhəmiyyət daşıyır. Aradan 880 il ötməsinə baxmayaraq, Nizami Gəncəvi haqqında çoxsaylı kitablar yazılıb, araşdırmalar aparılıb və bu ənənə davam edir. Nizami o qədər müasir şairdir ki, öz doğma Azərbaycanında heykəltəraşlığın, musiqinin, rəngkarlığın, operabaletin inkişafında müstəsna rol oynayıb. Bu gün əgər dünyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində Nizami Gəncəvinin adına mərkəz yaradılırsa, bu özü Azərbaycanın təbliğidir”.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında diqqətə çatdırdı ki, bundan sonra neçə-neçə əsrlər ötsə də, yeni nəsil azərbaycanlılar böyük şair Nizami Gəncəvi ilə fəxr edəcəklər:Nizaminin yaradıcılığında Azərbaycan xalqının əxlaqı, mədəniyyəti və dünyaya, insanlığa baxışı var. Ona görə də belə böyük şəxsiyyətin adı ilə keçirilən hər bir tədbir çox qiymətlidir. Mən ümummilli lider Heydər Əliyevi hörmətlə anmaq istəyirəm. Çünki Nizami Gəncəvi irsinin araşdırılması, təbliği istiqamətində onun müstəsna xidmətləri olub. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Ona görə ki, bu ilinNizami Gəncəvi İlielan edilməsi, sadəcə, mədəni hadisə deyildi, həm də çox önəmli siyasi hadisə idi. Dövlətimizin başçısı Nizami irsinin araşdırılması və təbliği yönündə çox böyük dəstək göstərdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkür edirəm. Xaricdə Nizami Gəncəviyə qoyulan abidələrin sayı artır. Onun irsinin təbliği istiqamətində işlər daha da genişlənir. Burada da hörmətli Mehriban xanımın rolu olduqca böyükdür”.

 

Nizami Gəncəvi İlinin çox önəmli tədbirlərlə yadda qaldığına diqqət çəkən Qənirə Paşayeva görülən işlərə görə Mədəniyyət Nazirliyinə təşəkkür etdi.

 

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov şairin zəngin yaradıcılığından, əsərlərinin səciyyəvi xüsusiyyətlərindən və tədqiqindən söz açdı. Nizami əsərlərini tərcümə edən Məmməd Rahim, Rəsul Rza, Səməd Vurğun, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə kimi görkəmli ədibləri yad etdi. Alim yeni nəşr olunan kitabda Xəlil Rzanın tərcüməsinin də yer almasını fərqli baxış olaraq yüksək qiymətləndirdi.

 

Təqdimatdan sonra Anar Kərimov Nizami Gəncəvi irsinin təbliğində  xidmətlərinə görə və böyük mütəfəkkirin 880 illiyi münasibətilə Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçıları Elçin, Afaq Məsud, professor Kərim Tahirov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və “Söz” ədəbi layihəsinin müəllifi Nigar Həsənzadəyə Mədəniyyət Nazirliyinin təsis etdiyiNizami Gəncəvi xatirə nişanı”nı təqdim etdi.

 

L.Azəri

 

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.3.