Azad
olunmuş ərazilərin bərpası Azərbaycanın
gücünü dünyaya göstərəcək
Fevralın
1-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın
Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında
iştirak ediblər.
Dövlətimizin
başçısının tapşırığına əsasən
Yasamal rayonunda salınan parkın ümumi ərazisi 4
hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən
zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində
idilər. Prezidentin müdaxiləsindən sonra bu proses
dayandırıldı və torpaqlar dövlət fonduna
qaytarıldı.
Yeni
salınan parkda yaşıllıq zonası ərazinin 70
faizindən çoxunu əhatə edir. Burada ətraf ərazilərin
sakinlərinin istirahəti üçün bütün şərait
var.
Park
şəhərsalmanın standartlarına və müasir tələblərə
uyğun şəkildə qurulub. Ərazi yüksəksəviyyəli
infrastruktur əsasında abadlaşdırılıb. Yeni park
həm də şəhərin sosial-ekoloji vəziyyətinin
yaxşılaşması baxımından əhəmiyyətlidir.
***
Prezident
İlham Əliyev və birinci xanım fevralın 1-də
Abşeron rayonunda bir sıra sosial obyektlərin
açılışında da iştirak ediblər. Dövlət
başçısı Abşeron Rayon Mərkəzi Xəstəxanasının
yeni inşa edilən binasında yaradılan şəraitlə
tanışlıqdan sonra Azərbaycan Televiziyasına
müsahibə verib.
Müsahibədə
son illər ölkəmizdə səhiyyə sisteminin
müasir dünya standartları səviyyəsində yenidən
qurulduğunu diqqətə çatdıran İlham Əliyev
bildirib ki, məhz bunun sayəsində ölkəmiz
bütün dünyanı cənginə almış
COVİD-19 pandemiyası ilə mübarizədə ön
sıralardadır.
Prezident
müsahibədə ölkəmizin işğaldan azad
olunmuş ərazilərindəki vəziyyət, bu
torpaqların dirçəldilməsi, yeni infrastrukturun
yaradılması istiqamətində görülən işlər
barədə də danışıb.
“İndi
vaxtaşırı televiziya reportajlarında o
dağılmış, viran qoyulmuş ərazilər göstərilir.
Amma əlbəttə ki, onu əyani şəkildə görəndə
mənzərə tam başqadır... Mən Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında,
Şuşa şəhərində olmuşam. Ağdam şəhəri
tamamilə dağıdılıb. Bir dənə də salamat
bina yoxdur. Bir yarıdağılmış məscid qalıb,
onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində
bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli
hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində,
şəhərin girəcəyində bir hərbi hissə
var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir
neçə ev sadəcə olaraq qalıbdır, özü də
yarıdağılmış vəziyyətdə. O evlərdən
də onlar polis şöbəsi kimi, deməli hərbi baza
kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə
də salamat bina yoxdur. Kəndlərin bütün binaları
dağıdılıb, talan edilib. Bu mənzərə indi
bütün dünyaya təqdim edilir və təqdim edilməlidir.
Uzun illər Ermənistan rəhbərliyi və onun
havadarları bunu gizlədirdilər. Sanki belə bir şey
yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların
nümayəndələri də bunun üstünü
örtürdülər. Bu talançılıq, bu vəhşilik,
bu düşmənçilik bütün dünyanın diqqətini
cəlb etməlidir”, – deyə İlham Əliyev bildirib.
Prezident
qeyd edib ki, məhz buna görə biz oraya jurnalistləri,
diplomatik korpusun nümayəndələrini dəvət edirik:
“Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs
görsün. Biz təkcə öz ərazi
bütövlüyümüzü bərpa etməmişik, biz
erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini
məhv etmişik. Biz bölgəmizi faşist
ideologiyasından tam xilas etməsək də, onun böyük
hissəsini məhv etmişik. Buna görə bizim
şanlı Qələbəmiz bölgə üçün,
dünya üçün çox böyük əhəmiyyət
daşıyır”.
İşğaldan
azad olunmuş ərazilərin bərpasından danışan
Prezident son günlər ayrı-ayrı dövlət
qurumları tərəfindən Şuşa şəhərində
filiallar, ofislər açmaq barədə səslənən
fikirlərə də münasibət bildirib. “Azad edilmiş
torpaqların bərpası ilə bağlı mənim tərəfimdən
bir çox önəmli qərarlar qəbul edilib, qərargah
yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri
rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər,
bütün təşəbbüslər oraya göndərilməlidir.
Çünki biz kim necə istəyir o torpaqları, əraziləri
bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri
nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir
və qəbuledilməzdir. Ona görə burada subordinasiya
olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün,
yaxud da ki, özü üçün hansısa bir ofis, yeni
ofis yaratmaq üçün belə açıqlamaların
verilməsi tamamilə qəbuledilməzdir və buna son
qoyulmalıdır”, – deyə o vurğulayıb.
“Bütün şəhərlərin
baş planları hazırlanır”
Prezident
qeyd edib ki, İşğaldan azad olunmuş ərazilərdə
işlər müvafiq ardıcıllıqla aparılır:
“Birinci, minalardan təmizləmə. Bu, böyük bir
prosesdir. Ermənilər bizə mina xəritələrini, mina
sahələrinin xəritələrini vermirlər. Ona görə
indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə
Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti
daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt
aparacaq. Mina təmizləməklə əlaqədar işlər
əlbəttə ki, başa çatmalıdır. Ondan sonra
ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın
qiymətləndirməsini etməsək, sabah biz təzminat
davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk
növbədə, yerli qurumlar bütün
dağılmış evlərin
pasportlaşdırılması aparılmalıdır, video,
foto çəkilişlər, dron çəkilişləri,
protokollaşma – hər bir binanın, hər kənddə yerləşən
binanın, hər şəhərdə yerləşən
binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı
biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə,
onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq
missiyaları həyata keçirəcəklər və onlar
bizə Ermənistana qarşı açılacaq təzminat
davasında kömək göstərəcəklər. Yəni,
bu ardıcıllıq budur. Bu işlər görüləndən
sonra infrastruktur layihələri icra edilməlidir. Axı
infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox,
işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan
sonra evlər tikilməlidir. Mən artıq göstəriş
vermişəm, artıq bizim qurumlar işləyirlər,
bütün şəhərlərin baş planları
hazırlanır, özü də elə-belə yox.
“Ağıllı şəhər” konsepsiyası,
“ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb
edir. Eyni zamanda, hər şey planlı şəkildə
olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən
burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu.
Kimsən sən? Sən get öz işinlə məşğul
ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca
qaçanların axırı pis olur, bir. İkincisi,
qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq
edə bilməz. Əgər kimsə unudur, biz onun yadına
salarıq”.
Dövlət
başçısı daha sonra deyib: “Şuşa şəhərinə
gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən
ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər
kəs bilir və bu qərar yüksək qiymətləndirilib.
Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə
də dünyanın mədəniyyət paytaxtlarından birinə
çevriləcəkdir. Şuşada çox zəngin mədəni
həyat olmalıdır. Şuşada yaşayacaq bizim
soydaşlarımız da, onlar bütün işlər
görüləndən sonra oraya qayıtmalıdırlar.
Şuşa demək olar ki dağılıb, bütün
binalar dağılıb. Bir keçmiş raykom binası
qalıb, harada ki, mənfur xunta özü üçün
yuva salmışdır, bir də xunta
başçısının villası və bir-iki də
cinayətkar, rüşvətxor erməni məmurunun
villası. Başqa orada bina yoxdur. Bir də “xruşşovkalar”,
hansılar ki, çoxdan öz ömrünü bitiriblər,
orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi
Bank insanlara xidmət göstərib ki, orada filial
açsın? Kimin üçün filial açacaq?
Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə
bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin
və insanların buna hansı xeyri dəyəcək?
Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə
müraciət etmişlər. Onların hər halda
ağlı çatıb mənə müraciət etməyə
və mən onlara dedim ki, gedin oturun yerinizdə”.
“Şuşada biz ancaq tarixi
binaları bərpa etməliyik”
Prezident
bu cür ziyanlı fikirlərin səslənməsinin yolverilməz
olduğunu bir daha vurğulayıb: “Mən Şuşanı mədəniyyət
paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!
Ona görə hər kəs otursun yerində, öz işi ilə
məşğul olsun, məni də əsəbləşdirməsin.
Şuşanın ərazisinin ölçüsü 300
hektardır. Mən qoymamışam ki, bir dənə daş
daş üstə qoyulsun. Çünki birinci təhlil
aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik,
necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm,
mütəxəssislər deməlidir, biz indi cəlb
etmişik. Misal üçün, Xurşudbanu Natəvanın
sarayı necə bərpa edilməlidir? Çünki onun bir
divarı var, qalan divarlar uçub. O, hansı formada bərpa
edilməlidir? Onun yenidənmi eyni stildə qalan o uçan hissəsi
tikilməlidir, yaxud da elə formada tikilməlidir ki, oraya gələn
görsün ki, bax bu, buradan dağılıb, oradan
sökülüb. Bu suala mənim cavabım yoxdur,
çünki mən mütəxəssis deyiləm. İndi
müxtəlif yerli, xarici şirkətlər məşğul
olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və
ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab
edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, – indi
qabaqlamaq istəmirəm, – mənim fikrim var ki, onların bir
çoxu oradan yığışdırılmalıdır.
Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli
yaşayış binaları tikilməlidir. Ancaq bununla
bağlı mən, sadəcə olaraq, öz fikirlərimi
bölüşürəm. Amma necə olacaq, onu mütəxəssislər,
memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər
ki, bu şəhəri necə görmək istəyirlər,
çünki bu, onların şəhəridir. Yoxsa
bütün bunlar, bu işlər kənarda qala-qala biri durur
ki, mən filial açıram, biri deyir ki, mən zastava
açıram, biri deyir ki, mən fövqəladə hallar
açıram. Vallah, adam söz tapmır. Mən söz
tapmışam, onlara elə söz demişəm ki, onlar o
sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına
da deyirəm, bərpa ilə bağlı görüləcək
işlərdə mütləq ictimai nəzarət
olmalıdır. Olmasa, bilin ki, yenə də eybəcər
binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə
özü üçün bir obyekt tikəcək.
Mən
indi o biri məsələni də demək istəyirəm. Mən
müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə
görə? Çünki mən görürəm, bilirəm,
artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki,
hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim,
o torpaq sənin, oranı mənə, buranı sənə.
Amma mən bunların hamısını cəzalandıracağam,
hamısını, özü də necə lazımdır.
Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək.
Orada insanlar üçün şərait yaradılacaq, elə
şərait ki, dünya üçün nümunə olacaq.
Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir
torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı
şəkildə olmalıdır. Mən əminəm ki, biz
buna nail olacağıq. Biz hamımız istəyirik ki,
dağıdılmış şəhərlər tezliklə
bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya
qayıdacaq insanların rahatlığını təmin etsin
və müasir, güclü Azərbaycanın
gücünü bütün dünyaya göstərsin”.
Mədəniyyət.-
2021.- 3 fevral. S. 2.