BMT
Azərbaycanda humanitar fəaliyyət üçün vəsait
ayırıb
Birləşmiş
Millətlər Təşkilatı (BMT) Azərbaycanın
münaqişədən zərər çəkmiş
bölgələrində davam edən humanitar fəaliyyəti
dəstəkləmək üçün Vahid Təcili
Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.
BMT-nin
Azərbaycandakı nümayəndəliyindən verilən xəbərə
görə, hərbi əməliyyatların
dayandırılması haqqında 2020-ci il 10 noyabr tarixli
üçtərəfli bəyanatdan sonra təşkilatın
ölkəmizdə fəaliyyət göstərən agentlikləri
qida, sığınacaq, gigiyena, qışa hazırlıq,
mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji
və sosial dəstək, eləcə də təhsil sahələrində
ilkin yardım göstərib.
BMT-nin
Azərbaycandakı rezident əlaqələndiricisi Qulam
İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən
əziyyət çəkən insanların normal həyata
dönməsi üçün BMT agentliklərinin hazırda həyata
keçirdiyi fəaliyyətlərin miqyasını
artıracaq: “Biz, qadın və uşaqlar da daxil olmaqla, əhalinin
ən həssas qruplarının təcili ehtiyaclarını
ödəmək üçün Azərbaycan hökuməti,
vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə
sıx əməkdaşlığmızı davam etdirəcəyik”.
BMT-nin
Baş katibi adından Təcili yardım üzrə əlaqələndiricinin
idarə etdiyi CERF böhranlardan əziyyət çəkən
insanlara kömək etmək üçün ən çevik
fonddur. Fond yarandığı gündən bəri 104 ölkə
və ərazidə yüz milyonlarla insana 6,5 milyard dollardan
çox yardım edib.
Mədəniyyət.-
2021.- 3 fevral. S. 3.