“Nizami” baleti yenidən səhnəyə qoyulacaq
2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı teatr-konsert müəssisələrində də müxtəlif layihə və tədbirlər hazırlanır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” baleti bu il yenidən səhnəyə qoyulacaq.
Layihənin təşəbbüsçüsü və rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Opera və Balet Teatrından verilən
məlumata görə, hazırda yaradıcı qrup quruluş üzərində
işləyir: dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya
və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik
kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır.
Baletin yeni quruluşunun bu ilin yazında tamaşaçılara təqdim
edilməsi nəzərdə tutulub.
Mədəniyyət.-
2021.- 3 fevral. S. 5.