Müasir musiqi təhsilində elmin rolu
Beynəlxalq onlayn konfransda müzakirə olunub
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi
ənənəli Azərbaycan
professional musiqisi və
onun yeni istiqamətlərinin tədqiqi:
orqanologiya və akustika” elmi tədqiqat laboratoriyası
N.A.Rimski-Korsakov adına
Sankt-Peterburq Konservatoriyası
və A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin “Musiqi kompüteri texnologiyaları”
elmi laboratoriyası ilə birgə “Müasir musiqi təhsilində elmin rolu” adlı beynəlxalq onlayn konfrans keçirib.
Konfransın aparıcısı – laboratoriyanın
elmi işçisi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
İmina Əliyeva əvvəlcə musiqişünaslıqda
müasir elmi araşdırmalarla müasir
musiqi təhsili arasında əlaqədən
danışıb. Diqqətə
çatdırıb ki,
“Müasir musiqi təhsili” beynəlxalq konfransı ənənəvi
olaraq hər il Sankt-Peterburqda
keçirilir. Budəfəki,
sayca 19-cu konfrans bu il Azərbaycanda xüsusi seksiya (“Azərbaycanda müasir musiqi təhsili: yaradıcılıq,
elm, texnologiyalar” adı
altında) ilə təqdim olunur:
Onlayn konfransda BMA-nın elmi və yaradıcılıq
işləri üzrə
prorektoru, Əməkdar
incəsənət xadimi,
professor G.Abdullazadə, Azərbaycan
Milli Konservatoriyasının
Beynəlxalq münasibətlər
şöbəsinin müdiri,
Əməkdar incəsənət
xadimi C.Səlimxanov,
BMA-nın “Şifahi ənənəli Azərbaycan
professional musiqisi və
onun yeni istiqamətlərinin tədqiqi:
orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının
müdiri, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru N.İsmayılzadə,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
Musiqinin tarixi və nəzəriyyəsi
kafedrasının müdiri,
professor K.Dadaşzadə, A.İ.Gertsen
adına Rusiya Dövlət Pedaqoji Universitetinin “Musiqi kompüteri texnologiyaları”
elmi laboratoriyasının
müdiri, professor İ.V.Vorontsova,
N.A.Rimski-Korsakov adına
Sankt-Peterburq Konservatoriyasının
professoru M.S.Zalivadnı,
Belarus Dövlət Musiqi
Akademiyasının İnformasiya
texnologiyaları şöbəsinin
müdiri N.S.Şuşkeviç
və başqaları
iştirak ediblər.
Qeyd edək ki, Ü.Hacıbəyli
adına BMA-nın “Şifahi ənənəli
Azərbaycan professional musiqisi
və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyası A.İ.Gertsen
adına Rusiya Dövlət Pedaqoji Universitetinin
“Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyası ilə əməkdaşlıq edir.
Konfransda Azərbaycan alimlərinin məruzələri böyük
maraq doğurub və diskussiyalara səbəb olub. Gələcəkdə
elmi əlaqələrin davam
etdirilməsi və birgə seminarların keçirilməsinə
dair təkliflər səslənib.
Mədəniyyət.-
2021.- 3 fevral. S. 5.