Azərbaycan naminə yorulmadan çalışmaq
Azərbaycanda 2 fevral Gənclər Gününün təsis
olunması ulu öndər Heydər Əliyevin gənclərə
göstərdiyi diqqət
və qayğının
bir nümunəsi idi. Dövlətimizin gənclərə qayğısı, etimadı
nəticəsində bu
gün ölkəmizdə
intellektual, savadlı,
hərtərəfli biliyə
malik olan yeni gənc nəsil yetişməkdədir.
Bu gün Azərbaycan
gənclərinin qarşısında
duran əsas vəzifələrdən biri
elmin, təhsilin inkişafında səmərəli
fəaliyyət göstərmək,
ölkəmizin beynəlxalq
arenada layiqincə tanınması və siyasi, iqtisadi yüksəlişi naminə
bütün bacarıq
və imkanlardan istifadə edərək yorulmadan çalışmaqdır.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən
gənclər üçün
yaradılan geniş imkanlar onların özlərini cəmiyyətdə
təsdiq etməsi üçün mühüm
zəmindir. Dövlət başçısı İlham
Əliyevin gənclərə
dəstək yönündə
verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk
dəfə “Gənclər
üçün Prezident
mükafatı”nın təsis edilməsidir. Gənclərin bütün sahələrdə
fəal iştirakına
şərait yaradılır;
gənc mütəxəssislərin
işlə təminatı
və digər sosial-iqtisadi problemləri həll edilir.
Bakı Xoreoqrafiya Akademiyasında da gənclərin elmi, yaradıcı və mədəni fəaliyyətlərinin genişləndirilməsi
daim diqqət mərkəzindədir. Akademiyanın rektoru, professor Timuçin
Əfəndiyev tərəfindən
gəncləri yeni-yeni
nailiyyətlər əldə
etməyə sövq etmək, onların səmərəli fəaliyyət
göstərməsi üçün
şərait yaradılıb.
Əziz
gənclər, bayramınız
mübarək!
Vəfa GÖVHƏR
Bakı Xoreoqrafiya Akademiyasının mətbuat
katibi
Mədəniyyət.-
2021.- 3 fevral. S. 5.