Pandemiyadan sonra İranla
turizm əməkdaşlığı
İran İslam Respublikası Azərbaycan Respublikasının
ərazi bütövlüyünü
və suverenliyini hər zaman dəstəkləyib və
bölgədə sülhün
bərqərar olmasını
regionun ümumi inkişafı üçün
vacib hesab edir.
İranın Azərbaycandakı səfiri
Seyid Abbas Musəvi bu fikri fevralın 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə görüşdə
bildirib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə iki ölkə arasında mövcud turizm əlaqələri və gələcək əməkdaşlıq
münasibətləri haqqında
müzakirələr aparılıb.
Fuad Nağıyev
müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan torpaqlarının erməni
işğalından azad
edilməsindən sonra
Qarabağda turizmin inkişafı perspektivlərindən
danışıb. Agentlik sədri,
həmçinin işğalçılar
tərəfindən məqsədli
şəkildə turizm
əhəmiyyətli məkanların,
o cümlədən tarixi
dini abidələrin və İslam irsinin dağıdılması
barədə məlumat
verib.
Görüşdə iki ölkə arasında viza
və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi,
müvafiq infrastrukturun
təkmilləşdirilməsi, turizm sənayesi
nümayəndələri arasında
əməkdaşlıq, postpandemiya
dövründə turizm sahəsinin bərpası
məqsədilə planlaşdırılan tədbirlər,
qarşılıqlı məlumat və təcrübə
mübadiləsi, Xəzəryanı ölkələrin turizm əlaqələri barədə müzakirələr
aparılıb.
Mədəniyyət.- 2021.- 12
fevral.- S.3.