“Azərbaycan dilində durğu işarələri sistemi” kitabı nəşr olunub

 

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilində durğu işarələri sistemi” kitabı nəşr olunub.

 

Kitabın elmi redaktorları institutun direktoru, akademik Möhsün Nağısoylu, dosent Təhminə İsmayılova, rəyçiləri professorlar Zemfira Şahbazova və Mahirə Hüseynovadır. Nəşrin buraxılışına məsul professor İsmayıl Kazımovdur.

 

İnstitutdan bildirilib ki, müəlliflər kollektivi tərəfindən hazırlanan kitab “Azərbaycan dilində durğu işarələri: qayda və prinsipləri”, “Durğu işarələrinin estetikası”, “Durğu işarələrinin tədrisi məsələləri”, “Mətbuatda durğu işarələrinin işlənmə məqamları”, “Elmi mətnlərdə durğu işarələri”, ”Durğu işarələrinin yazıda işlənməsi məqamları” kimi bölmələrdən ibarətdir.

 

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.4.