“Görünməz Biennale”
Ötən ilin dekabrında başlayan və www.lebiennaliinvisibili.org saytı vasitəsilə təqdim olunan “Görünməz Biennale” (Le Biennali İnvisibili) layihəsi davam edir.
11 ölkədən rəssamların iştirak etdiyi layihənin kuratoru Bakıdakı Höte Mərkəzinin (“Goethe-Zentrum Baku”) direktoru sənətşünas Alfons Huqdur.
Layihənin yaradıcıları Alicia Lazzaroni, Antonio Bernacchi, Tiin van de Veydeven və Eduardo Cassina italyan yazıçısı İtalo Calvinonun alternativ şəhər həqiqətlərini təsvir edən “Görünməz şəhərlər” adlı kitabından ilhamlanıblar.
“Görünməz Biennale” layihəsinin müəllifləri 11 xəyali biennale yaradıblar. Dünyanın müxtəlif yerlərindən öz konseptual-tənqidi düşüncələrini təqdim edən 11 rəssam bu layihənin iştirakçılarıdır. Layihədə yeni fikirlər təklif edən müəlliflər dizayn və sənət icmalarında qeyri-ənənəvi üsullardan, virtual hadisələrdən, kurator axtarışlarının əsası kimi uydurma reallıqlardan istifadə edirlər.
Azərbaycanı “Görünməz Biennale” layihəsində Əməkdar rəssam, beynəlxalq art
layihələrinin kuratoru Səbinə
Şıxlinskaya təmsil edir. Layihə
ilə bağlı ətraflı məlumatı “Goethe-Zentrum Baku”nun “Facebook” və “İnstagram” səhifələrindən əldə
etmək olar.
Mədəniyyət.- 2021.- 12
fevral.- S.2.