Nizami dühası və Qarayev musiqisinin sehri
“Yeddi
gözəl” baleti Moskvada yeni quruluşda
təqdim olunub
Xəbər verdiyimiz kimi, Moskva vilayəti Dövlət Akademik Balet Teatrı dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim edib. Tamaşa Moskva
Quberniya Teatrının
səhnəsində nümayiş
etdirilib.
Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü
və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara
yeni quruluşda təqdim olunub. Məşhur
baletmeysterlər, Azərbaycanın
Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun redaksiyası
əsasında səhnələşdirilən
tamaşanın yeni quruluşu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
keçmiş solisti,
Azərbaycanın və
Rusiyanın Əməkdar
artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundova məxsusdur.
“Russkiy balet” Teatrı bədii rəhbərinin köməkçisi
Viktoriya Axundova teatrın solistlərinin “Yeddi gözəl” baletində obrazları sevə-sevə ifa etdiklərini bildirib. Rusiya tamaşaçıları
da görkəmli Azərbaycan bəstəkarı
Qara Qarayevin dahi Nizaminin poeması əsasında yaratdığı baleti heyranlıqla izləyiblər.
Beynəlxalq müsabiqələr laureatları Dmitri Kotermin, Yulia Zvyagina, Mstislav Arefiyev, Vladimir Mineyev, Valeria Vasilyevanın çıxış
etdikləri balet Moskva
Quberniya Teatrının səhnəsində
martın 30-da bir daha nümayiş etdiriləcək.
Mədəniyyət.- 2021.- 12
fevral.- S.1.