“Nizami
Gəncəvi İli”nin baharı
Rəsm müsabiqəsi elan olunub
“Nizami Gəncəvi İli” çərçivəsində
gənc nəsildə
milli adət-ənənələrimizə
hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha
dərindən dərk
olunması və gələcək nəsillərə
ötürülməsi məqsədilə
ənənəvi “Yurdumuza
bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.
Müsabiqə Mədəniyyət Nazirliyi,
Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC, Xətai Rayon İcra
Hakimiyyəti, Azərbaycan
Rəssamlar İttifaqı,
Naxçıvan Rəssamlar
Birliyinin dəstəyi,
Azərbaycan Dövlət
Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə keçiriləcək.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqədə iştirak
etmək üçün
Xətai Sənət Mərkəzinin www.xsm.az saytında
müvafiq linkə daxil olaraq 1 və ya 2 əsərin
fotosunu göndərməklə
qeydiyyatdan keçmək
lazımdır.
Müsabiqəyə rəsmlərin qəbulu martın 2-dək davam edəcək.
Mədəniyyət.- 2021.- 12
fevral.- S.2.