İkitərəfli kollektiv sahə sazişinin bağlanması müzakirə olunub

 

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin sədri Cəmilə Səttarova arasında onlayn görüş keçirilib.

 

Görüşdə MİHİ Respublika Komitəsinin sosial tərəfdaşı olan Mədəniyyət Nazirliyi ilə ikitərəfli kollektiv sahə sazişinin bağlanması müzakirə olunub.

 

Onlayn görüşdə ittifaq üzvlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, əmək hüquqlarının qanunvericilikdə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada müdafiəsinin təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

Qeyd olunan məsələlərin qarşılıqlı razılığa əsasən gələcəkdə tərəflər arasında bağlanılacaq kollektiv sahə sazişində öz əksini tapması nəzərdə tutulub.

 

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.3.