Mədəniyyət Nazirliyinin 2021-ci il hədəfləri

 

 

Azərbaycan xalqı özünün tarixi-mədəni irsi, folkloru, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mədəniyyətimiz xalqımızın minilliklər boyu yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərləri özündə ehtiva edir.

 

Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edib.

 

Mədəniyyət Nazirliyinin 2021-ci il üçün əsas hədəfləri doqquz istiqamət-mövzunu əhatə edir:

 

Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması.

Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi.

Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı.

Mədəni irsin qorunması, bərpası və inkişafı.

Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinininfrastrukturunun bərpası.

Nizami Gəncəvi İli” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi.

Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi.

Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi.

COVİD-19  pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi.

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.3.