Milli KitabxanadaRossotrudniçestvo” nümayəndəsi ilə görüş

 

 

Rusiya Federasiyası Xaricdə Yaşayan Həmvətənlərlə İşHumanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Rossotrudniçestvo”) Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov fevralın 11-də Azərbaycan Milli Kitabxanasında olub.

 

Direktor Kərim Tahirov qonağa Milli Kitabxana haqqında məlumat verərək, yeni layihələrdən, kitabxananın beynəlxalq əlaqələrindən söz açıb, o cümlədən Rusiya kitabxanaları ilə informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

 

2019-cu ildə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxanada açılışı keçirilən Beynəlxalq əməkdaşlıq zalı barədə danışan Kərim Tahirov qeyd edib ki, 14 ölkənin ədəbiyyatına dair daimi guşədə rus ədəbiyyatına da xüsusi yer ayrılıb.

 

İrek Zinnurov Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, gələcək əməkdaşlıq barədə fikirlərini bildirib. Vurğulayıb ki, iki ölkə arasında mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir.

 

Kərim Tahirov qonağaMilli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus ingilis dillərində), “Qədim qalanın yuxuları” (Azərbaycan rus dillərində) kitablarını hədiyyə edib.

 

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.3.