Müasir cəmiyyətdə elm və rəssamlıq təhsili
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova və Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev Özbəkistan İncəsənət Akademiyası və Kəmaləddin Behzad adına Milli İncəsənət və Dizayn İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Müasir cəmiyyətdə elm və rəssamlıq təhsili: aktual problemlər və yenilikçi tədqiqatlar” adlı beynəlxalq onlayn konfransda iştirak ediblər.
Bu barədə muzeydən
məlumat verilib. Bildirilib ki,
S.Nəsirova muzeyin təkəlduz və
süzəni tikmə kolleksiyasından bəhs edən “Azərbaycanda
və Mərkəzi Asiyada məşhur olmuş iki oxşar tikmə növü
haqqında” və F.Ağayev “1941-ci ildə
mühasirəyə alınan Leninqradda Nizami və Nəvainin ildönümləri”
adlı məruzə ilə çıxış ediblər.
Mədəniyyət.- 2021.- 17
fevral.- S.3.