Xalçaşünas alim medal və diplomla təltif edilib
Azərbaycan xalçaçılıq sənətinin tanınmış
nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi,
sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyasının üzvü
seçilib və akademiyanın beynəlxalq
“Qızıl ulduz” medalı ilə təltif edilib.
Bu barədə məlumat verən Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyasının Azərbaycan
üzrə təmsilçisi,
professor Elçin İsgəndərzadə
bildirib ki, R.Tağıyeva, həmçinin
“Türk dünyasında
ilin mədəniyyət
adamı” diplomu ilə də təltif olunub.
Professor R.Tağıyeva bu təltiflərə Türk dünyası elminə və mədəniyyətinə göstərdiyi
xidmətlərə görə
layiq görülüb.
R.Tağıyeva xalça
sənətinin tədqiqinə və bu sənətin
dünyada təbliğinə həsr olunmuş çoxsaylı elmi
əsərlərin müəllifidir. 1982-ci ildən 2016-cı
ilədək Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru işləyib.
Onun rəhbərliyi altında bir sıra layihələr həyata keçirilib, elmi-sənədli filmlər
çəkilib. Müəllifi olduğu əsərlər,
monoqrafiyalar rus, ingilis, çex, ərəb,
fransız və digər dillərdə nəşr edilib.
Mədəniyyət.- 2021.- 17
fevral.- S.4.