Rza Diqqətinin “İstisu” paylaşımı

 

Fransada yaşayan məşhur azərbaycanlı fotoqraf Rza Diqqəti ölkəmizin işğaldan azad edilmiş ərazilərində çəkdiyi fotoları mütəmadi olaraq öz sosial şəbəkə səhifələrində paylaşır.

 

Fotoqrafın növbəti paylaşımı Kəlbəcər rayonundakı İstisu təbii mineral bulaqları haqqındadır.

 

Rza Diqqəti bu barədə “İnstagram” səhifəsində yazıb.

 

“Minlərlə xəstəliyin müalicəsi.

 

Kəlbəcərin yerli adı “İstisuolan müalicəvi su mənbələri qədim zamanlardan bəri insanlar üçün ən yaxşı istirahət yeri olub. Sovet dövründə bu bölgə müxtəlif istisu mənbələri ilə ən çox bəyənilən təbii sağlamlıq sanatoriyalarından biri idi.

 

Erməni qüvvələrinin işğalı altında qalan 28 il ərzində bütün bu ərazilər viran qalıb. Burada qarın altında və 6 dərəcə şaxtada qaldığımız müddətdə mən və köməkçim Anar üçünİstisuqaynar hamamtaraş yeri oldu.

 

Dağların və təbii sərvətlərin gözəlliyi valehedicidir. Bu ərazinin tezliklə dünya səviyyəli istirahət ocağına çevriləcəyini bir yerə qeyd edin”, – deyə o vurğulayıb.

 

 "Paşinyana mesaj: Problemin həllinin açarı Moskvada, Parisdə, Cenevrədə yox, Bakıdadır"

 

Mədəniyyət.- 2021.- 17 fevral.- S.8.