Misirdə Nizaminin 880 illik yubileyi münasibətilə konfrans
Tədbir çərçivəsində
rəssamlarımızın sərgisi də açılıb
Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı sərəncamına
uyğun olaraq, ölkəmizin Misirdəki
səfirliyi konfrans təşkil edib.
Dahi şair
və mütəfəkkirin
880 illik yubileyi münasibətilə Misir
Mərkəzi Kitabxanasında
keçirilən konfransın
iştirakçıları Azərbaycan rəssamlarının
əsərlərindən ibarət
sərginin açılışına
da qatılıblar.
Mərasimdə Misir Mərkəzi
Kitabxanasının direktoru
Rza Tayfi, Azərbaycanın Misirdəki
səfiri Tural Rzayev, Misir Parlamentinin
üzvü, Misir-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun sədri Usama əl-Əbd, müxtəlif universitetlərin
müəllim və tələbələri, Azərbaycan
diasporunun təmsilçiləri
iştirak ediblər.
Sərgidə Salam Salamzadə, Nəcəfqulu
İsmayılov, Qəyyur
Yunus, Nağdəli Xəlilov, Əfsanə Əliyeva, Fərman Qulamov, Elxan Tahirov, Altay Hacıyev və başqa müəlliflərin müxtəlif
janrlarda yaratdıqları
tablolar təqdim edilib.
Azərbaycanın tarixi, mədəniyyəti
və təbiətini
tərənnüm edən
əsərlərin sərgisi
böyük marağa
səbəb olub. Misirin “Cümhuriyyə”
qəzeti, “Nil mədəniyyət”
telekanalı sərgidən
xəbər və reportajlar hazırlayıb.
***
Konfransı giriş sözü ilə Misir Mərkəzi Kitabxanasının
direktoru Rza Tayfi açıb. O, Azərbaycanın
və Şərqin dahi şairi və mütəfəkkiri
Nizaminin yaradıcılığına
həsr edilmiş konfransın keçirilməsini
əlamətdar hadisə
adlandırıb.
Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir
Parlamentinin Dini məsələlər və
Vəqflər Komitəsi
sədrinin müavini Usama əl-Əbd tədbirin əhəmiyyətindən
danışıblar. İki ölkə
arasında tarixi-mədəni
əlaqələrin dərin
kökləri olduğu,
Nizami Gəncəvinin
nəinki Azərbaycanda,
həm də dünyada, o cümlədən
ərəb ölkələrində
geniş tanındığı
vurğulanıb.
Sonra Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin
Şərq dilləri
kafedrasının müdiri
Cəlal əl-Hifnavi,
Misirdəki Amerika Universitetinin professoru Raşa Ğanim, Azərbaycanın Misirdəki
diasporunun sədri Seymur Nəsirov məruzələrlə çıxış
edərək Nizami Gəncəvinin həyat və yaradıcılığından
söz açıblar.
Alimlər həmçinin dahi
şairin məşhur
“Xəmsə”si ilə
bağlı tədqiqatlardan
bəhs ediblər.
Konfrans yerli
media tərəfindən
işıqlandırılıb, səfir T.Rzayev
Misirin “Nil mədəniyyət”
kanalına müsahibə verib.
Mədəniyyət.- 2021.- 17
fevral.- S.8.