Bəşər tarixinə yazılan faciə
Milli Kitabxana metodik vəsaiti təqdim edib
Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin ən qanlı səhifəsi olan, bəşər tarixinə böyük faciə kimi yazılan Xocalı soyqırımından 29 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin ən dəhşətli nümunəsidir.
Mədəniyyət Nazirliyinin Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Milli Kitabxana “Xocalı soyqırımı – 29” adlı metodik vəsait hazırlayıb.
Vəsaitdə Xocalı soyqırımı ilə bağlı məlumat, faciənin ildönümü ərəfəsində kitabxanalarda keçiriləcək kütləvi tədbirlər haqqında tövsiyələr verilib. Əlavələr bölməsində “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında ölkə Prezidentinin sərəncamı (2014) və Xocalı soyqırımı haqqında dünya mətbuatında dərc olunmuş bir neçə məlumat əksini tapıb.
Metodik vəsaitlə aşağıdakı linkdə tanış olmaq olar:
http://anl.az/down/Xocali_29.pdf
Mədəniyyət.- 2021.- 17
fevral.- S.3.