Şeirimizin bayraqdarı”

 

 

Səməd Vurğunun 115 illiyi münasibətilə kitabxanalar üçün metodik vəsait

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsi “Şeirimizin bayraqdarı” adlı vəsaiti istifadəçilərə təqdim edib.

 

Xalq şairi Səməd Vurğunun anadan olmasının 115 illiyi münasibətilə hazırlanan metodik vəsait şəhər-rayon mərkəzi kitabxanalarının uşaq şöbələri, mərkəzləşdirilmiş kitabxana sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.

 

Vəsaitdə şairin zəngin yaradıcılığı – üç yüzdən çox şeir, iyirmiyə yaxın poema, dörd mənzum dram, iki yüzə yaxın məqalə və oçerki haqqında məlumat verilib.

 

Vəsaitin birinci hissəsində Səməd Vurğunun  zəhmət adamlarının əməyini, hünərini ustalıqla qiymətləndirdiyi “Buxtada”, “Bir səhər”, “Muğanın yeni dövranı”, “Mingəçevir işıqları” və s. məşhur oçerkləri, həmçinin şairin tərcümə etdiyi dahi NizamininLeyli və Məcnun” poeması, rus şairi A.S.PuşkininYevgeni Onegin” mənzum romanı, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, M.Qorkinin “Qız və ölüm” nağıl-poeması haqqında məlumat təqdim edilir.

 

Vəsaitin ikinci hissəsində şairinVaqif”,  “Fərhad və Şirin”, “İnsankimi qiymətli dram əsərlərinin müzakirəsi verilib.

 

Üçüncü hissədə isə şairin uşaqlar üçün qələmə aldığı “Sənət”, “Bahar şərqisi”, “İki körpə”, “Sünbül”, “Tarla nəğməsi”, “Uşaq bağçası”, “Deyin, gülün, övladlarım”, “Ayın əfsanəsi”, “Vətəninə məftun olacaqdır” şeirləri əsasında hazırlanacaq ədəbi-bədii gecənin ssenarisi yer alıb.

 

Vəsaitin sonunda mövzuya uyğun ədəbiyyat siyahısı təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.4.