Xoreoqrafiya akademiyaları arasında əməkdaşlıq

 

 

Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası arasında əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə bağlanılıb.

 

Müqavilə çərçivəsində BXA-nın İncəsənət fakültəsinin tələbələri Səbinə Cavadzadə, Ruslan Hacıyev və magistrant Nigar Şahmuradova 2020-2021-ci tədris ilinin yaz sessiyasında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasında onlayn formatda təcrübə keçirlər.

 

BXA-dan bildirilib ki, müqavilə əsasında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının magistratura səviyyəsində təhsil alan Acar Akılbekova da onlayn formatda BXA-da təcrübə keçəcək. Təcrübə yekunlaşdıqdan sonra hər iki tərəfdən iştirakçılara tədris müəssisələrinin sertifikatlar veriləcək.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.4.