“Əli
və Nino” Monteneqroda çap olunub
Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin təşəbbüsü
ilə yazıçı
Qurban Səidin dünyaca məşhur “Əli və Nino” romanı Monteneqro (Çernoqoriya) dilinə tərcümə edilərək
nəfis tərtibatda çap olunub.
“Azmont İnvestments”
şirkətinin dəstəyi
ilə nəşr edilən kitabı rus dilindən Vlado Aşanin çevirib. O, 1990-cı ildə
rus dilinə Mehdi Hüseynzadə tərəfindən tərcümə
olunmuş mətndən
istifadə edib.
Kitabın yerli kitabxanalara və təhsil ocaqlarına
paylanması, həmçinin Monteneqroda
keçiriləcək kitab sərgisində təqdimatı nəzərdə
tutulur.
Mədəniyyət.- 2021.- 19
fevral.- S.4.