Qarabağdakı kitabxanalar üçün kampaniya davam edir

 

 

2020-ci il Vətən müharibəsində erməni işğalından azad olunmuş bölgələrdəki kitabxanaların fondlarının bərpası ilə bağlı kitabtoplama kampaniyası davam edir.

 

Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kampaniyaya Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) qoşulub.

 

Kitabxanadan bildirilib ki, AMM tərəfindən 16 adda 34 nüsxə kitab işğaldan azad edilən bölgələrdəki kitabxanaların fondu üçün hədiyyə olunub.

 

AMEA-nın Folklor İnstitutu da bu təşəbbüsə qoşularaq 60 adda 370 nüsxə kitab 100 nüsxə jurnalı təqdim edib.

 

Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov Azərbaycan incəsənətinə dair 200 nüsxə müxtəlif kitabı və jurnalları, yazıçı Əlisalam Bağırov müəllifi olduğu 7 adda 430 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.2.