Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qırğızıstan diplomatı ilə görüş

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Muhammed Lou ilə görüşüb.

 

Fondda keçirilən görüşdə Günay Əfəndiyeva təşkilatın fəaliyyətindən, pandemiya dövrü olmasına baxmayaraq, türkdilli xalqların zəngin maddi-mədəni irsinin tanıdılması məqsədilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan bəhs edib. Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla əməkdaşlığın, türk dünyasının qədim mədəni dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə əlaqədar birgə işlərin görülməsinin əhəmiyyəti vurğulanıb.

 

Qırğız Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili fondun türkdilli xalqların qədim tarix və mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi sahəsində fəaliyyətini yüksək dəyərləndirib, təşkilat tərəfindən həyata keçirilən layihələrə dəstək verəcəklərini deyib.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.3.