UNESCO-da Beynəlxalq Ana
Dili Günü
münasibətilə virtual tədbir
Ölkəmizin təqdimatında Üzeyir bəyin Nizaminin
sözlərinə yazdığı “Sevgili
canan” romansı səslənib
Banqladeşin Fransadakı Səfirliyinin təşəbbüsü və UNESCO Katibliyinin dəstəyi ilə qurumun Parisdəki qərargahında 21 fevral – Beynəlxalq Ana Dili Günü qeyd edilib. Virtual tədbirdə Azərbaycan da daxil olmaqla, UNESCO-ya üzv 28 ölkə iştirak edib.
Əvvəlcə Banqladeşin Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain və UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək ana dili haqqında, təhsil və bu gün COVİD -19 pandemiyasının təhsilə mənfi təsirləri barədə danışıblar.
Sonra ölkələrin Beynəlxalq Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb.
Prezident İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı sərəncama uyğun olaraq UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən hazırlanan təqdimatda Azərbaycanın dahi şairi haqqında məlumat verilərək, onun əsərlərindən Azərbaycan və ingilis dillərində parça səsləndirilib. Daimi nümayəndəliyin əməkdaşı Nigar Qurbanova Azərbaycan dili, dilimizin inkişafı haqqında məlumat verib, bu gün dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını diqqətə çatdırıb. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğu vurğulanıb.
Bildirilib ki, ana dili hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dili sayəsində tarix, ədəbiyyat, mədəni irs nəsildən-nəslə ötürülərək yaşayır. Tariximiz yaddaşlara həkk olunur.
Videomaterialda daha sonra İsveçrənin
“Lancy” orkestrinin
müşayiəti ilə Marina
Udkinanın ifasında Üzeyir Hacıbəylinin
Nizami Gəncəvinin sözlərinə
bəstələdiyi “Sevgili canan” romansı səslənib, azərbaycanlı
Mariya Xan-Xoyskayanın ifasında rəqs nümayiş olunub.
Mədəniyyət.-2021.- 24
fevral.- S.1.