Gəncə rəssamları ilə onlayn görüş

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində bölgələrdə yaşayıb-yaradan rəssamlarla onlayn görüşlər davam edir. Növbəti görüş Gəncə şəhərində yaşayan rəssamlarla keçirilib.

 

Rəssamların muzeyqalereyalarla əməkdaşlığını, regionda rəssamlığın keyfiyyətinin artırılması və istedadlı insanların sərgilərdə fəallığını təşviq etmək məqsədilə reallaşan onlayn tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov  iştirak edib.

 

Görüşdə Gəncə şəhərində yaşayan rəssamlar problemlərdən söz açıb, təkliflərini bildiriblər. Rəssamlıq sənətinin inkişafını stimullaşdıracaq bir sıra məsələlər haqqında qarşılıqlı əlaqələrin yaradılması üçün fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, rəssamların əlaqələr şəbəkəsinin eyni platforma üzərində qurulmasını, onların problem və təkliflərinin dinlənilməsini təmin edən layihə respublikanın müxtəlif bölgələrində yaşayan rəssamları əhatə edir.

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.7.