Nizami Gəncəvi irsi dünya elmi-nəzəri fikrində”

 

 

Respublika konfransı keçiriləcək

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən “Nizami Gəncəvi irsi dünya elmi-nəzəri fikrində” mövzusunda respublika elmi-nəzəri konfrans keçiriləcək.

 

Universitetdən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfransın mayın 14-də keçirilməsi nəzərdə tutulub. Mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə tədbir onlayn təşkil olunacaq.

 

Konfransda iştirak etmək istəyənlər tezislərini aprelin 5-dək metodshura@gmail.com elektron poçtuna göndərə bilərlər. Konfransa sənətşünaslıq (muzeyşünaslıq), musiqi sənəti, kino, televiziya və digər ekran sənətləri, teatr sənəti, təsviri sənət, fəlsəfə, ilahiyyatpsixologiya bölmələri üzrə tezislər qəbul edilir.

 

Elmi-nəzəri konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən müəllim heyəti, doktorant, dissertant və gənc tədqiqatçılar iştirak edə bilərlər. Konfransın materialları kitab şəklində çap olunacaq.

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.7.