Bəşəriyyətin tarixində qara ləkə
“Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır”.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Mustafa Şentop parlamentdə Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən sərginin açılış mərasimində çıxışı zamanı deyib.
“Bəşəriyyətin tarixində qara ləkə olan Xocalı faciəsini ürəyimizdə yaşayırıq”, - deyə o vurğulayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsindən söz açan TBMM başqanı bildirib ki, Türkiyə bundan sonra da haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək.
Qeyd edək ki, TBMM-də Xocalı soyqırımının ildönümü ilə əlaqədar sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən təşkil edilib. Sərgidə Ermənistanın işğalçılıq siyasətinin dəhşətlərini əks etdirən foto və rəsmlər nümayiş olunub.
Ölkəmizin Türkiyədəki səfiri Xəzər
İbrahim “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası çərçivəsində görülən
işlərin məqsəd və mahiyyətindən
danışıb. Bildirib ki,
Azərbaycan bir daha dünyada Xocalı soyqırımı kimi amansız cinayətlərin baş verməsini istəmir.
Mədəniyyət.- 2021.- 26
fevral.- S.2.