Sözün gücü
– Nizami dühası
Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəstəyi ilə Moskva şəhərinin K.Kərimov adına 1583 nömrəli ümumtəhsil məktəbində “Sözün gücü” adlı videokonfrans keçirilib.
Ədəbiyyat Muzeyindən bildirilib ki, tədbirin əsas mövzusu bu il anadan olmasının 880 illiyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dövrü və yaradıcılığı olub.
Müxtəlif çıxışların səsləndiyi videokonfransda Ədəbiyyat Muzeyinin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin böyük laborantı, izahatçı Zarema İbrahimova da iştirak edib. O, muzeyin böyük sənətkara həsr olunmuş ekspozisiyası barədə danışıb. Muzeyin Nizami zalında sərgilənən nəfis xalıların, heykəllərin, miniatür və tabloların videogörüntüləri təqdim olunub.
Videokonfransda Moskva məktəblilərinin ifasında Nizaminin qəzəlləri, Üzeyir Hacıbəylinin şairin sözlərinə yazdığı “Sevgili canan” romansı səslənib.
Mədəniyyət.- 2021.- 26
fevral.- S.4.