“Xocalı, qisasın alındı!”

 

Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş Xocalı soyqırımının 29-cu ildönümü şəhər və rayonlardakı mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd olunur.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən videokonfransda idarənin rəis müavini Elxan Məhərrəmov, Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrəhmanova, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Quba MKS-nin şöbə müdiri Mehriban Gəbəybəyova, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Şabran Xalq teatrının rəhbəri Cabir Əmrahov çıxış edibər.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsində “Xocalı uşaqların gözü ilə” adlı rəsm və kitab sərgisi təşkil olunub. Quba rayon MKS və Ombudsmanın Quba Regional mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı, qısasın alındı!” adlı onlayn anım tədbiri keçirilib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları rayonda məskunlaşan Xocalı sakinləri Pərinaz Qəmbərova və qızı İlhamə Musayeva ilə görüşüblər.

 

Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və məktəblilər isə faciə qurbanlarına həsr olunmuş abidəni ziyarət ediblər.

 

Ucar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Tariximizi unutmayaqmövzusunda onlayn tədbir keçirilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Xocalı erməni vəhşiliyinin şahididirmövzusunda videokonfrans keçirilib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin, İsmayıllı rayon mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşlarının iştirakı ilə “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” adlı videokonfrans keçirilib.

 

Şamaxı rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı” adlı sərgi açılıb.

 

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Xocalı faciəsi uşaqların gözü ilə” adlı əl işləri və rəsmlərdən ibarət sərgi təşkil edilib.

 

Qəbələ rayon Mədəniyyət Mərkəzi tərəfindən Xocalı soyqırımının ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi və Tərtər rayon Mədəniyyət Mərkəzinin filialları “Xocalı – qan yaddaşımız” mövzusunda videoçarxlar hazırlayıblar.

 

Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində “Tarixə şahid, şəhid Xocalı” adlı dəyirmi masa keçirilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Heydər Əliyev Mərkəzi və Ombudsmanın Baləkən Regional mərkəzinin birgə təşkilatçılığı ilə “Tarixin Xocalı xəcaləti” adlı videokonfrans keçirilib. Videokonfransda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Mingəçevir, Qəbələ rayon Heydər Əliyev mərkəzlərinin əməkdaşları iştirak ediblər.

 

Şəki Heydər Əliyev Mərkəzində sərgi açılıb. Mərkəzin direktoru Rəşadət Sadıqov bildirib ki, sərgidə Xocalı faciəsi qurbanlarının fotoşəkilləri, Azərbaycan, ingilisrus dillərində yazılmış kitablar nümayiş etdirilir.

 

Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxanasının fəal oxucuları Ceylan Məmmədli, Aysu Rəhimli və Nərgiz Abbaszadə Xocalı faciəsi ilə bağlı rəsmlər çəkərək sosial şəbəkədə paylaşıblar.

 

***

 

Şəmkir Regional Mədəniyyət İdarəsi Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Xocalı faciəsi tariximizin qan yaddaşıdır” mövzusunda videokonfrans keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

 

***

 

Bu günlər müxtəlif bölgələrimizdə Xocalı faciəsi qurbanlarının xatirəsinə ağacəkmə aksiyaları da keçirilir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayon mədəniyyət müəssisələrinin bir qrup işçisibu təşəbbüsə qoşularaq, ağaclar əkiblər.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi və Astara rayonu Suparibağ kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Tariximiz bizim üçün dərs olmalıdır” mövzusunda onlayn tarix dərsi keçirilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin filialları, habelə Ağstafa rayon MKS və Qazax rayon MKS-nin kənd kitabxana filialları Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif onlayn tədbirlər keçiriblər. Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Sabirabad rayon Mədəniyyət Mərkəzində isə “Qanla yazılmış tarix” adlı sərgi təşkil olunub. Rayonun Yeni Güdəcühür qəsəbə klub-icma mərkəzində “Xocalı tarixin qan yaddaşı” adlı dəyirmi masa təşkil edilib.

 

Saatlı rayon Bülbül adına Uşaq musiqi məktəbi və Saatlı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi unudulmur, unudulmayacaq” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.3.