Onun üçün
Vətən sevgisi hər şeydən üstün idi...
Hər insan həyatı ilə bir əsər yazır. Şəhid həyatı isə şahid olmağa gəldiyimiz dünyanın ən möhtəşəm əsərlərindəndir. Şəhid Sənan Miriyevin həyatı kimi.
Sənanın ailəsi əslən Xocalı
şəhərindəndir. 1992-ci ilin soyuq fevral ayında vəhşi
düşmən tərəfindən törədilən
soyqırımı zamanı sağ qalmağa nail olan ailə Beyləqan rayonuna
pənah gətirir. Sənan
1998-ci il martın 1-də rayonun Allahyarlı kəndində
anadan olur. Beyləqanda yerləşən Xocalı
şəhər 4 saylı
tam orta məktəbin
məzunu olan Sənan 2016-cı ilin aprel ayında hərbi xidmətə yollanır. Dövlət Sərhəd Xidmətində
çavuş kimi hərbi xidmətini başa vurduqdan sonra ehtiyata buraxılır. Şəhidin atası Arif Miriyevin sözlərinə
görə, Sənanın
arzusu əmisi oğlu Surət Miriyev kimi Xüsusi
Təyinatlı Qüvvələrdə
xidmət etmək idi. Bu arzusunu reallaşdırmaq üçün
2020-ci il sentyabrın əvvəlində
könüllü olaraq
ordu sıralarına yazılır, kəşfiyyat
bölüyündə hərbi
xidmətini davam etdirir. Kəşfiyyatçı olmaq arzusu gerçəkləşsə də,
ən böyük arzusu hələ həyata keçməmişdi.
Uşaq yaşlarından Qarabağın
bütünlüklə işğaldan
azad olunmasını istəyirdi, qisas gününü səbirsizliklə
gözləyirdi.
44 günlük Vətən
müharibəsi Sənan
kimi minlərlə igid oğullarımızın
öz hünərini,
yurd sevgisini və düşmənə
nifrətini göstərmək
üçün bir imkan oldu. Bir-birinin
hünərindən ilham
alan igid
əsgərlərimiz düşmənin
üstünə qorxmadan
irəlilədilər. Sənan da
Vətən müharibəsində
qəhrəmanlıqla vuruşdu.
Sentyabrın 27-də – böyük haqq savaşımızın
ilk günündə Tərtərin
Talış və Suqovuşan kəndləri
istiqamətində döyüşlərdə
böyük şücaət
göstərərək şəhadət
şərbətini içdi.
Atası
Arif Miriyev qeyd edir ki,
Sənanda Vətən
sevgisi hər şeydən üstün idi: “O, hərbi xidməti başa vurub evə qayıdan zaman söylədim ki, başqa sahəyə üz tut. Lakin məni dinləmədi.
Hətta
ona “Kamaz” da almışdım.
Lakin maşını bir dəfə belə sürmədən yenidən
hərbiyə qayıtdı”.
Sənan kimi qorxmaz oğullarımızın
sayəsində tarixi torpaqlarımızı bərpa
etdik. İndi Sənanın və
bütün şəhidlərimizin
uyuduğu torpaq xalqımızın ən
əziz ziyarət yeridir. Xalqımız canını Vətənin
azaldığı üçün
fəda edən qəhrəmanlarımızı heç vaxt unutmayacaq.
Sənan Miriyev sentyabrın 28-də
Ağcabədi rayonundakı
Şəhidlər xiyabanında
torpağa tapşırılıb. Dövlət başçısının sərəncamına
əsasən, Sənan
Miriyev ölümündən
sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ruhu şad olsun.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 26
fevral.- S.6.