Xalça Muzeyində “Sağlam həyat, sağlam yaşa

 

 

Azərbaycan Milli Xalça Muzeyində uşaqlar arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, onların bu istiqamətdə maarifləndirilməsi məqsədilə “Sağlam həyat, sağlam yaşa” layihəsi çərçivəsində tədbir keçirilib.

Muzeydən bildirilib ki, tədbirdə “Focus Group” – psixoloji xidmət və konsaltinq şirkətinin psixoloqu Nərgiz Zeynalzadə uşaqlara yoqa, art terapiya təlimləri keçib, onlarla sağlam həyat vərdişlərinin formalaşdırılması mövzusunda söhbət edib. Açıq havada bir neçə saat davam edən təlimdə uşaqlar sağlam həyat tərzinin insan sağlamlığına təsiri barədə maraqlı məlumatlara yiyələnməklə yanaşı, həm də əyləniblər.

Qeyd edək ki, Milli Xalça Muzeyinn Uşaq şöbəsi yay tətili müddətində uşaqlar üçün bu cür maraqlı tədbirləri karantin qaydalarına uyğun şəkildə davam etdirəcək.

 

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.5.