Qədim Qarabağın yenilənən
siması
5 kənd və 1 qəsəbə üçün müsabiqə elan edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verib.
Komitədən verilən məlumata görə, Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndləri, həmçinin Cəbrayıl rayonunun Xudafərin qəsəbəsi ilə bağlı layihələr qəbul olunacaq.
Layihələrdə yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişaf istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq, yüksək bədii-estetik görünüş və həyat keyfiyyəti, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar əksini tapmalıdır.
Ümumi mükafat fondu 60 000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər 15 iyul 2021-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr 31 iyul tarixinədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunmalıdır. Nəticələr 15 avqustda elan olunacaq.
Layihə ilə bağlı “Qədim
Qarabağın yenilənən siması” internet
səhifəsi (www.bizimqarabagh.az) də
hazırlanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər
kəndləri də əhatə edəcək müsabiqələrin
keçirilməsi planlaşdırılır.
Mədəniyyət.- 2021.- 2 iyul.-
S.1.