44 günlük
müharibədə Ermənistan ordusunun
Azərbaycana vurduğu zərərlə
bağlı əlavə tədbirlər
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər görüləcək. Prezident İlham Əliyev 6 iyul 2021-ci il tarixində bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılıb.
Prezidentin iyulun 6-da imzaladığı digər sərəncamla 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 5,4 milyon manat vəsait ayrılıb.
Bundan əlavə, dövlət
başçısının daha iki sərəncamı ilə Ermənistan
silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü
nəticəsində mülki əhalinin əmlakına
dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə
Maliyyə Nazirliyinə 5,2 milyon manat, kənd təsərrüfatına
(kənd təsərrüfatı məhsulları, texnika, əkin sahələri, mal-qara
və s.) dəymiş ziyanın aradan qaldırılması məqsədilə
Kənd Təsərrüfatı Nazirliyinə 1,4 milyon manat vəsait
ayrılıb.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 1.